Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 2
  • Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verilib

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verilib

admin 02 Mart 2026 2 minutes read
XsUaJuwLZeeyQFTkPVMcUSKImYlJAB7niMTHMfD7_1200 (1)
PAYLAŞIN:

“Sabah” Basketbol Klubu, “Azərlotereya” ASC, Azərbaycan Basketbol Federasiyasının birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Basketbol Hər Yerdə!” layihəsinin rəsmi açılışı olub.

Layihənin əsas məqsədi basketbolu hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə vaxtını səmərəli qurmaq, onların sağlam vərdişlərini dəstəkləyən, aktiv həyat tərzinə töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir. Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs məhəllələrdə idman infrastrukturunun inkişafı ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcək.

Belə ki, yeni yaradılmış Basketbolheryerde.az saytı vasitəsilə vətəndaşlar qeydiyyatdan keçərək basketbol meydançası üçün uyğun hesab etdikləri ərazilər barədə ətraflı məlumat təqdim edə bilərlər.

Tədbir çərçivəsində iştirakçılar peşəkar basketbolçularla görüşmək, onlarla eyni meydanı bölüşmək və ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Gənclər üçün təşkil edilən əyləncəli müsabiqələr maraqla qarşılanıb.

Günün ən həyəcanlı anı isə 5 555 manatlıq böyük mükafat uğrunda keçirilən “Beşdə 5” müsabiqəsi olub. İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana olan sevgilərini nümayiş etdiriblər.

Qeyd edək ki, “Azərlotereya” ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə verir. Şirkət, eyni zamanda, “Sabah” Basketbol Klubunun sponsoru kimi komandanın fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir. Bu əməkdaşlıq peşəkar idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların yaradılmasına xidmət edir.

 

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qırmızı Aypara Cəmiyyəti İranda ölənlərin sayının 555-ə çatdığını açıqlayıb
Next: Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb

OXŞAR MÖVZULAR

K5ncrRD2jQShNz0keXOh2DZkDyl5bgjAHm9nP5rg_1200 (1)

Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

admin 07 Mart 2026
WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

admin 07 Mart 2026
0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.