Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 2
  • Azərbaycan millisi “Muhamet Malo” beynəlxalq turnirində 2 qızıl və 3 gümüş medal qazanıb

Azərbaycan millisi “Muhamet Malo” beynəlxalq turnirində 2 qızıl və 3 gümüş medal qazanıb

admin 02 Mart 2026 3 minutes read
bde51bf0-9696-3ee9-878f-f21694c262fb_1200
PAYLAŞIN:

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə “Muhamet Malo” beynəlxalq turnirinə yekun vurulub.

Paraqraf.com xəbər verir ki, reytinq xarakterli yarışın son günündə 55, 60, 72, 82, 97 və 130 kq çəki dərəcələrində mübarizə baş tutub və milli komandamızın üzvləri günü 1 qızıl, 2 gümüş medalla başa vurublar.

Yarışda 55 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Məmmədov qırğızıstanlı Ulan Muratbek Uluya (5:1), qazaxıstanlı Arsen Jumaya (9:3) və hindistanlı Lalit Lalitə (6:5) qalib gələrək finala yüksəlsə də, həlledici görüşdə rusiyalı dünya mükafatçısı və ikiqat Avropa çempionu Emin Seferşayevə 1:3 hesabı ilə məğlub olaraq gümüş medal əldə edib.

60 kq-da Nihat Məmmədli amerikalı Maksvel Hopper Blek (8:0), qazaxıstanlı Yerbol Kamaliev (6:0) və rusiyalı Suner Konunova (3:1) qalib gələrək finala vəsiqə qazanıb. Eyni çəkidə Nihad Quluzadə qazaxıstanlı Akjol Tuyakov (8:2), türkmənistanlı Azatcan Açilov (10:0) və rusiyalı dünya və Avropa mükafatçısı Sadik Lalayevə (8:0) qalib gələrək həlledici mərhələyə adlayıb. İki həmvətənimizin final qarşılaşmasında ilk xal prinsipinə əsasən qalib gələn Nihat Məmmədli qızıl, Nihad Quluzadə isə gümüş medal qazanıb.

72 kq çəkidə Ruslan Nurullayev hindistanlı Saurav Rana (9:0) və macarıstanlı Kristyan İştvan Vantsanı (5:1) mübarizədən kənarlaşdırsa da, yarımfinalda iranlı Höccət Həsən Rəzaiyə (3:7), bürünc medal görüşündə isə gürcüstanlı Avropa mükafatçısı Yuri Lomadzeyə 4:7 hesabı ilə uduzub.

82 kq-da Tuncay Vəzirzadə qazaxıstanlı Almir Tolebayevə (4:0) və qırğızıstanlı ikiqat olimpiya mükafatçısı, ikiqat dünya və üçqat Asiya çempionu Akjol Mahmudova (5:2) qalib gəlsə də, yarımfinalda rusiyalı Adlet Tulubayevə (1:6), bürünc medal görüşündə isə rusiyalı İrakli Kalandiyaya (1:11) məğlub olub.

97 kq çəki dərəcəsində Murad Əhmədiyev 1/8 finalda gürcüstanlı Giorgi Meliaya sonuncu xal prinsipinə əsasən (2:2), Məhəmməd Əhmədiyev isə təsnifat mərhələsində rusiyalı Artur Sarqsyana 2:7 hesabı ilə uduzub. Məhəmməd ilk təsəlliverici görüşdə amerikalı Maykl Foya (6:2) qalib gəlsə də, növbəti mərhələdə qırğızıstanlı Uzur Cuzupbekova (2:8) məğlub olub.

130 kq-da Sərxan Məmmədov 1/8 finalda rusiyalı Ali İlyasova 1:3 hesabı ilə uduzub. Beka Kandelaki isə qazaxıstanlı Alimxan Sızdıkov və rusiyalı Ali İlyasovu 7:3 hesabı ilə üstələyib. Yarımfinalda rusiyalı Marat Kamparova ilk xal prinsipinə əsasən (1:1) uduzan Kandelaki, üçüncülük uğrunda görüşdə finlandiyalı Elias Kuosmanenə 0:3 hesabı ilə məğlub olub.

Beləliklə, millimiz cari ildə iştirak etdiyi ilk beynəlxalq yarışda ümumilikdə 2 qızıl və 3 gümüş medal qazanıb. Yekunda 128 xal toplayan yığmamız komanda hesabında 1-ci yeri tutub, Qazaxıstan (95) ikinci, İran (89) isə üçüncü olub.

 

Paraqraf.com 

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan – Şimali Makedoniya matçının hakim təyinatları məlum olub
Next: Mingəçevir Dövlət Universitetində regionda ilk dəfə irihəcmli ingilis dili olimpiadası keçirilir

OXŞAR MÖVZULAR

K5ncrRD2jQShNz0keXOh2DZkDyl5bgjAHm9nP5rg_1200 (1)

Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

admin 07 Mart 2026
WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

admin 07 Mart 2026
0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.