Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/ASCO-nun “Prezident Heydər Əliyev” tankerinin əsaslı təmiri başa çatıb
MANŞET

ASCO-nun “Prezident Heydər Əliyev” tankerinin əsaslı təmiri başa çatıb

02 Mart 2026 1 Min Read
PAYLAŞIN:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ASCO) “Prezident Heydər Əliyev” tankerinin əsaslı təmiri başa çatıb.

Paraqraf.com ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.

Proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 1 dəst radar və TV sistemi quraşdırılıb. Həmçinin gəmidə olan girokompas avadanlığına aid yeni girosfera quraşdırılıb və təmir bərpa işləri aparılıb.

Tankerin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib.

İşlər başa çatdıqdan sonra tanker dəniz sınaq yoxlanışından keçib. Gəminin təmirdən sonra ilk səfəri isə Aktau-Səngəçal istiqamətində olub.

Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisinin uzunluğu 149,9, eni 17,3 metrdir. Tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Almaniya, Fransa və Böyük Britaniya İranı hədələyiblər

Next

Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar

Copyright 2026— Praqraf.com. All rights reserved