16’ncı Ana Jet Üs Komutanlığı / Dalaman hərbi hissəsində yadda qalan bir gün təşkil olunub. “Mehmetçiklə Bir Gün” layihəsi çərçivəsində şagirdlər hərbi hissədə qonaq edilib.
Layihə Millî Savunma Bakanlığının təşəbbüsü ilə həyata keçirilib. Proqram çərçivəsində iştirakçılar Türk Silahlı Qüvvələrinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Şagirdlər hərbi hissənin gündəlik fəaliyyəti, nizam-intizam qaydaları və aviasiya sahəsində istifadə olunan texnika barədə məlumatlandırılıblar. Eyni zamanda, onlara hərbçi peşəsinin məsuliyyəti, vətənpərvərlik ruhu və xidmət prinsipləri haqqında ətraflı məlumat verilib.
Layihənin əsas məqsədi gənclərdə milli-mənəvi dəyərləri gücləndirmək, orduya marağı artırmaq və gələcəkdə hərbi peşəyə yönəlmək istəyənlər üçün maarifləndirici platforma yaratmaqdır.
![]()
