Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tokayev bir sıra Fars körfəzi ölkələrinin liderlərinə həmrəylik məktubları göndərib
DÜNYA

Tokayev bir sıra Fars körfəzi ölkələrinin liderlərinə həmrəylik məktubları göndərib

01 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveyt rəhbərlərinə məktublar göndərib.

Paraqraf.com-un Qazaxıstan prezidentinin mətbuat katibi Aybek Smadiyarova verdiyi məlumata görə, məktublarda ağır sınaqlar dövründə bu ölkələrin xalqlarına səmimi dəstək və həmrəylik ifadə olunub.

Tokayev Qazaxıstan üçün dost və qardaş olan dövlətlərin suverenliyini və təhlükəsizliyini sarsıtmağa yönəlmiş bütün hərbi fəaliyyətləri qətiyyətlə pisləyib.

Məktublarda vurğulanıb ki, Qazaxıstan beynəlxalq problemlərin və silahlı münaqişələrin müstəsna olaraq diplomatik vasitələrlə həllinin tərəfdarı kimi ardıcıl mövqe nümayiş etdirir.

Dövlət başçısı həmçinin Qazaxıstanın qardaş ərəb ölkələrinə mümkün olan hər bir köməyi göstərməyə hazır olduğunu bəyan edib və onların ali rəhbərliyi ilə daimi təmasların davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əbu-Dabidə hava limanına PUA hücumu nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb

Next

Sabah Bakıda 10 dərəcə isti olacaq, dağlıq ərazilərə qar yağacaq

Copyright 2026— Praqraf.com. All rights reserved