Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Mart
  • 1
  • Rusiya “sülh masası”nı dağıdır, yenə şantaja başlayır: Qərb Ukraynaya nüvə silahı verəcəkmi?

Rusiya “sülh masası”nı dağıdır, yenə şantaja başlayır: Qərb Ukraynaya nüvə silahı verəcəkmi?

admin 01 Mart 2026 7 minutes read
d81873629f4cfd209859b3ab1f3195d5
PAYLAŞIN:

Mövcud qəliz situasiyada hər hansı Qərb ölkəsinin Ukraynaya nüvə silahı ötürə biləcəyi ilə bağlı ehtimal qətiyyən inandırıcı görünmür… Ona görə də, Rusiyanın “nüvə şantajı” indi siyasi-diplomatik “pəncərə”ni daha da daraldır və hərbi-psixoloji “təzyiq alətləri”ni ön plana keçirir…

Ukrayna savaşının dayandırılması üzrə “sülh prosesi” tədricən iflasa doğru yaxınlaşır. Rusiya “sülh masası”nda öz şərtlərini diqtə olunmasında, qarşı tərəfə qəbul etdirməkdə çətinlik çəkir. Rəsmi Kiyev ABŞ-ın bütün açıq və səhnəarxası təzyiqlərinə baxmayaraq, Ukrayna ərazisilərinin Rusiyaya güzəştə gedilməsindən qətiyyətlə imtina edir. Və ona görə də, indi Kreml növbəti dəfə”nüvə şantajı” yeni mərhələsinə start verməyə çalışır.

Onu da qeyd etmək lazımdır ki, əvvəllər Kreml “nüvə şantajı”nı daha çox Qərb ölkələrinə qarşı təhdidkar ritorika üzərində qururdu. Ancaq bu dəfə Rusiya bəzi Qərb ölkələrini nüvə silahı ilə bağlı “qırmızı xətləri” keçməkdə ittiham edir. Belə ki, Kremlin son təhdidkar bəyanatları fərqli məzmun daşısa da, Ukrayna savaşını yeni və daha təhlükəli mərhələyə keçirir.

133fa58f-8091-4047-935b-37d130136ba0.jpg (233 KB)

Məsələ ondadır ki, Rusiyanin yüksək rütbəli təmsilçiləri israrla iddia edirlər ki, France və Böyük Britaniya guya Ukraynaya nüvə texnologiyası, hətta nüvə silahı ötürməyi planlaşdırır. Kremlin Rusiya Xarici Kəşfiyyat Xidməti üzərindən irəli sürdüyü bu iddialar həmin ölkələrə qarşı açıq nüvə təhdidləri ilə paralelləşdirilib. Və indi artıq Rusiya Fransa və Böyük Britaniyanı nüvə zərbəsi ilə hədələyir.

Belə ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev növbəti dəfə bəyan edib ki, əgər, həmin ölkələr Ukraynaya nüvə silahı transfer edərlərsə, buna “qeyri-strateji nüvə silahı da daxil olmaqla, istənilən vasitədən istifadə olunmaqla, cavab veriləcək”. Üstəlik, Rusiyanın nüvə zərbələri yalnız Ukrayna ilə məhdudlaşmaya və həm də “təchizatçı ölkələrə” qarşı da yönələ bilər. Və Kremlin bu təhdidkar strateji mesajı Qərbi Ukrayna savaşının arealını genişləndirmək hədəsi ilə şantaj etmək məqsədi daşıyır.

Eyni zamanda, Kreml “nüvə şantajı”nın növbəti mərhələsi ilə NATO ölkələrini birbaşa savaş riskinin təsiri altına salmaq niyyəti də güdür. Çünki Rusiya siyasi dairələri bunun “sülh masası”nda Qərblə danışıqlarda təzyiq aləti formalaşdıra biləcəyinə ümid bəsləyirlər. Hər halda, Dmitri Medvedev son illərdə Kremlin ən sərt ritorikasını ötürən fiqurdur. Və onun təhdid bəyanatları çox vaxt “Kremlin rəsmi mövqeyindən də daha sərt test siqnalı” funksiyası daşıyır.

21323ac9-de54-4d34-8a2f-a0b0f482ea51.jpg (214 KB)

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynaya “nüvə transferi” barədə kəşfiyyat məlumatları “sülh danışıqları”nda mütləq nəzərə alınacaq. Bu isə onu göstərir ki, Rusiya mövzunu yalnız hərbi deyil, həm də siyasi-diplomatik təzyiq vasitəsi kimi də istifadə etməyə çalışır. Yəni, Rusiyanın savaş və diplomatiya narrativləri artıq dəyişməyə başlayıb. Hər halda, “xüsusi hərbi əməliyyat” artıq yalnız Ukrayna deyil, kollektiv Qərbə qarşı da savaş kimi təqdim olunur. Bu çərçivədə isə Fransa və Böyük Britaniya əsas hərbi hədəf olaraq göstərilir.

Məsələ ondadır ki, əgər, hər hansı nüvə dövləti nüvə silahını başqa ölkəyə ötürərsə, bu, nüvə silahının yayılmasını qadağan edən beynəlxalq sazişin açıq şəkildə pozulması deməkdir. Fransa və Böyük Britaniya həmin sazişə imza atmış rəsmi nüvə dövlətləridir. Ukrayna isə 1994-cü ildə Budapest Memorandumu əsasında nüvə arsenalından rəsməm imtina edib. Ona görə də, nüvə silahının Ukraynaya transferi Qərb üçün həm hüquqi, həm siyasi, həm də strateji baxımdan, son dərəcə yüksək riskli və faktiki olaraq, qeyri-real görünür. Və üstəlik, Rusiya kəşfiyyatına istinadən Kremlin gündəmə gətirdiyi iddialarda heç bir rəsmi təsdiqlənmiş fakt da yoxdur.

Təbii ki, bu təsdiqlənməmiş iddialara sığınan Rusiyanın “qeyri-strateji nüvə silahı”ndan istifadə ehtimalı nəzəri olaraq, mövcuddur. Ancaq bu addım Rusiyanin NATO ilə birbaşa həu qarşıdurma riskini maksimum həddə çatdırar. Eyni zamanda, bu, 1945-ci ildən sonra Avropada ilk nüvə silahından istifadə presedentini yaradar. Kollektiv Qərbin Rusiyanın beynəlxalq təcridini kritik həddə çatdırmasına ciddi səbəb verər. Və bu, Rusiya üçün həm də Çin, eləcə də digər neytral aktorlarla münasibətlərdə əlavə risklər demək olardı.

6c806338-1bc1-4b08-8a21-548d77e535d5.jpg (204 KB)

Bütün bunlara baxmayaraq, əgər, Kreml “nüvə şantajı”nı davam etdirərsə, bu, NATO-nun şərq cinahında hərbi mövcudluğun daha da gücləndirilməsinə də səbəb ola bilər. Halbuki, hələlik NATO üçün əsas prinsip – Ukraynaya dəstək vermək, ancaq Rusiya ilə birbaşa savaş təhlükəsindən yayınmaq taktikası dəyişməz qalır. Və belə bir situasiyada ABŞ-ın Rusiyanın “nüvə şantajı”na verə biləcəyi reaksiya da həlledici xarakter daşıya bilər.

Ona görə də, Kremlin “nüvə şantajı”nı reallığa çevirməyə cəsarət edəcəyi hələlik qətiyyən inandırıcı görünmür. Ancaq bununla belə, Rusiyanın Fransa və Britaniyanı ayrıca olaraq, hədəfə çıxarması da qətiyyən təsadüfi deyil. Çünki bu iki Qərbi Avropa dövləti Ukraynaya hərbi dəstək məsələsində daha fəal mövqe tutur. Bu baxımdan, Kreml üçün nüvə dövlətiləri olan Böyük Britaniya və Fransa üzərindən “nüvə şantajı”nı inkişaf etdirib, dramatikləşdirmək daha əlverişlidir. Və Kreml nüvə savaşı ilə bağlı təhlükəni növbəti dəfə ön plana çəkməklə, “sülh masası”nda Rusiyanın mövqeyini gücləndirməyə cəhd göstərir.

Halbuki, indiki qarşıdurma mərhələsində hər hansı Qərb ölkəsinin Ukraynaya nüvə silahı ötürməsi ilə bağlı ehtimal qətiyyən inandırıcı görünmür. Ona görə də, Rusiyanin bu barədə təsdiqedici faktlardan uzaq iddianı gündəmə gətirməsi özü belə, olduqca riskli davranışdır. Əsas təhlükə isə real nüvə istifadəsi ilə bağlı ehtimal deyil, məhz yanlış hesablamalar və əsassız təhdidkar mesajlardır. Çünki Rusiyanın “nüvə şantajı” siyasi-diplomatik “pəncərə”ni daha da daraldır və hərbi-psixoloji “təzyiq alətləri”ni isə ön plana keçirir.

Elçin XALİDBƏYLİ

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Səltənətlərin viran qalması – dünya köhnə dünyadır, savaş bəhanələri təzədir
Next: Ruhollah Khomeininin ölümü və İranda hakimiyyətin gələcəyi

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.