Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Marko Roys “Los-Anceles Qalaksi” ilə yeni müqavilə imzalayıb
İDMAN

Marko Roys “Los-Anceles Qalaksi” ilə yeni müqavilə imzalayıb

01 Mart 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ-nin “Los-Anceles Qalaksi” klubu yarımmüdafiəçi Marko Roysla müqavilənin müddətini uzatdığını rəsmən açıqlayıb.

Paraqraf.com xəbər verir ki, 36 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.

2024-cü ilin avqustunda komandaya qoşulan Roys keçirdiyi 42 matçda 22 qolda pay sahibi olub (qol+ötürmə) və klubun sözügedən ildə MLS Kubokunu qazanmasında əsas rol oynayıb. Cari mövsümün ilk üç oyunundan ikisində meydana kapitan kimi çıxan təcrübəli oyunçu komandasının 2026-cı ildə ilk qolunun ötürməsini edib.

Qeyd edək ki, “Los-Anceles Qalaksi”yə keçməzdən əvvəl Dortmund “Borussiya”sında çıxış edən Roys bu komandada 429 oyunda 170 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində iki dəfə Almaniyada ilin futbolçusu seçilib, üç dəfə Almaniya Superkubokunu və iki dəfə Almaniya Kubokunu qazanıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ronaldu Səudiyyə Ərəbistanı çempionatının matçında zədələnib

Next

Kilian Mbappe “Mançester Siti”yə qarşı cavab oyununda meydana çıxacaq

Copyright 2026— Praqraf.com. All rights reserved