Kilian Mbappe “Mançester Siti”yə qarşı cavab oyununda meydana çıxacaq
İspaniyanın “Real” klubunun hücumçusu Kilian Mbappenin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanıb.
Paraqraf.com “Cadena SER”ə istinadən xəbər verir ki, fransalı forvard UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində martın 17-də “Mançester Siti”yə qarşı keçiriləcək cavab oyununda iştirak edəcək.
Xatırladaq ki, 27 yaşlı futbolçu fevralın 24-də məşq zamanı dizində ağrı hiss edərək hazırlığı yarımçıq qoymuşdu. Onun 2025-ci ilin dekabrından bəri diz bağlarında problem yaşadığı bildirilir.
Qeyd edək ki, K.Mbappe cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə çıxdığı 33 matçda 38 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Paraqraf.com
![]()