Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.
Paraqraf.com xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Turan Tovuz” “Azərsun Arena”da “İmişli”ni qəbul edəcək. “Turan Tovuz” hazırda 40 xalla üçüncü pillədə qərarlaşıb. 20 xala malik “İmişli” 9-cu yerdədir.
Turun mərkəzi qarşılaşmasında isə “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”la üz-üzə gələcək. “Sabah” 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan “Qarabağ”ın 45 xalı var.
Misli Premyer Liqası
XXII tur
1 mart
16:30. “Turan Tovuz” – “İmişli”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov.
VAR: Əli Əliyev.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Azərsun Arena”
19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” “Araz–Naxçıvan”ı (1:0) məğlub edib. “Neftçi” – “Şamaxı” (2:2) və “Qəbələ” – “Karvan-Yevlax” (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.
Paraqraf.com
![]()
