Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Paraqraf.com xəbər verir ki, günün ilk matçında “Neftçi” “Şamaxı”nın qonağı olub.
Şamaxı şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb – 2:2.
“Ağ-qaralar”ın qollarını 60 və 90+1-ci dəqiqədə Vensan Abubakar vurub. Meydan sahiblərində 75-ci dəqiqədə Sezar Enrike, 90+8-ci dəqiqədə Karim Rossi fərqlənib.
Xallarının sayını 31-ə çatdıran “Neftçi” 6-cı pillədə qərarlaşıb. “Şamaxı” 26 xalla 8-ci yerdədir.
Günün ikinci matçında “Qəbələ” “Karvan-Yevlax”ı qəbul edəcək.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün “Kəpəz” “Sumqayıt”ı (3:0), “Zirə” “Araz–Naxçıvan”ı (1:0) məğlub edib.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
