Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 28
  • Nazir: “Qarşıya qoyulan hədəflərə nail olunub”

Nazir: “Qarşıya qoyulan hədəflərə nail olunub”

admin 28 Fevral 2026 5 minutes read
Снимок экрана 2026-02-28 223957
PAYLAŞIN:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) fəaliyyətə başlamasının 10 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub. Tədbirdə icbari tibbi sığorta sisteminin keçdiyi inkişaf yolu, əldə olunan əsas nəticələr və vətəndaşlara göstərilən xidmətlərin əhatə dairəsi barədə məlumat verilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri və səhiyyə sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev 10 il ərzində icbari tibbi sığorta sisteminin mərhələli şəkildə formalaşdığını, bu müddət ərzində tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə artdığını bildirib:

“2016-cı ildə möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması bu sahədə mühüm başlanğıc nöqtəsi oldu.

Prezidentin qətiyyətli iradəsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bu sistem formalaşdı və inam qazandı. İcbari tibbi sığorta təkcə tibbi xidmət deyil, insanlara sabaha inam, təhlükəsizlik və arxayınlıq hissi bəxş edən bir sistemdir.

Xidmətlər genişləndikcə və əlçatanlıq artdıqca vətəndaşların gözləntiləri də yüksəlir. Biz bu gözləntiləri diqqətlə dinləyir və hər dəfə bir addım daha irəli getməyə çalışırıq. Qarşıda bizi daha böyük hədəflər və daha böyük məsuliyyət gözləyir”.

Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı verilən qərarın icrası güclü siyasi iradə, institusional əzm və ictimai inam tələb edirdi:

“İcbari tibbi sığortanın tətbiqinə başlanarkən vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək, əhalinin səhiyyə ilə bağlı xərclərinin azaldılması əsas məqsədlər kimi müəyyən edilmişdir.

Bu gün əminliklə deyə bilərik ki, qarşıya qoyulan hədəflərə nail olunub. On il əvvəl layihə kimi başlanan icbari tibbi sığorta artıq dövlətimizin sosial siyasətinin mühüm komponentinə çevrilib. Möhkəm təməl üzərində qurulmuş bu sistemin gələcək illərdə də milli səhiyyə sisteminin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə inanıram”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında bildirib ki, icbari tibbi sığorta Azərbaycanın müstəqillik dövründə səhiyyə sahəsində həyata keçirdiyi ən uğurlu layihəsidir:

“Bu gün icbari tibbi sığorta ölkəmizdə uğurla tətbiq olunur, Xidmətlər Zərfi mərhələli şəkildə genişləndirilir, əhalinin tibbi xidmətlərə əlçatanlığı və tibbi xidmətlərdən məmnunluğu artır. Düzdür, görüləcək işlər hələ çoxdur, çünki səhiyyə daim yenilənmə və inkişaf tələb edən sahədir. Lakin əminəm ki, ölkəmizdə tətbiq olunan icbari tibbi sığorta modeli gələcəkdə dünyada nümunəvi sistemlər sırasında yer alacaq”.

TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilovun sözlərinə görə, bu gün ölkə səhiyyəsinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir hadisənin – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılmasının 10 illik yubileyi qeyd olunur:

“Bu əlamətdar gün münasibətilə Agentliyin rəhbərliyini və bütün kollektivini şəxsən öz adımdan və TƏBİB ailəsi adından səmimi-qəlbdən təbrik edirəm. İcbari tibbi sığorta sistemi sayəsində bu gün bütün bölgələrdə vətəndaşlar tibbi xidmətlərə bərabər və əlçatan çıxış imkanına malikdir”.

İcbari tibbi sığorta hesabına övladı əməliyyat olunan valideyn Elvin Musayev tədbirdə çıxışı zamanı öz təəssüratlarını bölüşüb.

O bildirib ki, övladında qida borusunun atreziyası diaqnozu təsdiqlənib və həkimlər müdaxilənin yüksək riskli olduğunu bildirsələr də, əməliyyat uğurla icra olunub:

“Bir valideyn olaraq çox narahat idim. Lakin icbari tibbi sığorta hesabına əməliyyat operativ şəkildə həyata keçirildi. Heç bir vaxt itkisi olmadı, müdaxilə yerində və dəqiq icra olundu. Bu gün övladımın sağlam olması bizim üçün ən böyük xoşbəxtlikdir.

Yaradılan bu imkanlara görə ölkə rəhbərliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərin minnətdarlığımı bildirirəm. Bu dəstək bir valideyn üçün həqiqətən çox böyük anlam daşıyır”.

Tədbirin sonunda İctimai Televiziya tərəfindən hazırlanan Agentliyin 10 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: NYT: İrana edilən hazırkı hücum 2025-ci ilin zərbələrindən daha miqyaslıdır
Next: İran siyasətində “köhnə cihaz” yenidən işə salındı – Rza Pəhləvi layihəsi niyə iflasa məhkumdur?

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun” _innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

07 Mart 2026
Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

07 Mart 2026
Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək K5ncrRD2jQShNz0keXOh2DZkDyl5bgjAHm9nP5rg_1200 (1)

Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

07 Mart 2026
Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi 645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.