Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 28
  • Müğənnilərə efir qadağası bu səbəbdən qoyulub – “Bu senzura deyil, efir məkanın saflaşmasıdır”

Müğənnilərə efir qadağası bu səbəbdən qoyulub – “Bu senzura deyil, efir məkanın saflaşmasıdır”

admin 28 Fevral 2026 3 minutes read
IMG_4579
PAYLAŞIN:
“Müğənnilərə efir qadağası qoyulması cəmiyyətin tələbi idi. Tamaşaçılar artıq onların bayağı söhbətlərindən, ailə qalmaqallarından, qeyri-etik davranışlarından bezmişdi”.
Paraqraf.com xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
O bildirib ki, tələblərə əməl edilməsə bir çox müğənni özünü qadağa olunmuşlar sırasında görəcək:
“Müğənnilərə efir qadağası qoyulması cəmiyyətin tələbi idi. Çünki son zamanlar istər cəmiyyətdə, istərsə də sosial şəbəkələrdə bəzi müğənni və aparıcılara qarşı birmənalı fikir yox idi. Tamaşaçılar artıq onların bayağı söhbətlərindən, ailə qalmaqallarından, qeyri-etik davranışlarından bezmişdi.
Televiziya kanallarının bu addımı cəmiyyətin sifarişi ilə oldu. Düşünürəm ki, bundan sonrakı mərhələdə efirə çıxan müğənnilər yalnız sənəti, musiqisi və ifaları ilə gündəmdə olmalıdırlar. Əks halda onlar da qadağalardan sığortalanmayıb”.
Hacıbəy Heydərli Ali Məhkəmənin yeni verdiyi qərarı xatırladaraq insanların şəxsi həyatının toxunulmaz olduğunu bildirib:
“Ali məhkəmənin Plenum qərarı oldu ki, insanların şəxsi həyatı ilə bağlı onun icazəsi olmadan xəbərlərin paylaşılmasına qadağa qoyulub. Bununla bağlı Audiovizual Şura televiziya rəhbərləri ilə görüşdə həmin mövzuda məsul şəxslərə təlim keçib. Aparıcılara bildirilib ki, müğənnilərə öz razılıqları olmadığı halda, heç bir şəkildə efir etikasına uyğun olmayan sualların verilməsi yolverilməzdir. Düşünürəm ki, bu kimi mövzuları gündəmə gətirən aparıcılar da efirlərdən uzaqlaşdırılacaq”.
Onun sözlərinə görə qadağa siyahısı bununla da kifayətlənməyəcək:
“Düşünürəm ki, qadağa sadəcə bu siyahı ilə qalmayacaq. Adı dərc edilməyən bəzi müğənnilər də var ki, onlara da qadağa qoyulub. Bu heç də senzura demək deyil. Bu bütövlükdə Azərbaycan mədəniyyətinin, musiqisinin daha sağlam şəkildə təbliğ olunması və efirlərə yalnız musiqisi, sənəti və ifaları ilə yüksələn şəxslərin dəvət olunması deməkdir. Bu, efir məkanının təmizlənməsi və saflaşdırılmasıdır”.
Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Neftçi” Şamaxıda qalib gələ bilmədi
Next: Hörmüz boğazı bağlanır: dünya neft bazarında partlayış, qiymətlər rekord həddə doğru sürətlənir

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.