Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Əraqçi onlara zəng etdi
DÜNYA

Əraqçi onlara zəng etdi

28 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ və İsrailin İran əleyhinə hərbi təcavüzündən sonra İranın xarici işlər naziri Seyid Abbas İraqçi region ölkələrinin – Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və İraqın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Paraqraf.com xəbər verir ki, telefon danışığı zamanı nazir bölgədə baş verən son hadisələr barədə həmkarlarına məlumat verib. O, həyata keçirilən hərbi təcavüzü Birləşmiş Millətlər Təşkilatı-nın əsas prinsiplərinin kobud şəkildə pozulması və beynəlxalq sülhə qarşı açıq cinayət kimi qiymətləndirib.

İraqçi vurğulayıb ki, İran İslam Respublikası özünün təbii müdafiə hüququna əsaslanaraq ölkənin ərazi bütövlüyünü qorumaq üçün bütün müdafiə və hərbi imkanlarından istifadə edəcək.

Nazir İranın region ölkələri ilə yaxşı qonşuluq və dostluq siyasətini davam etdirmək əzmində olduğunu bildirib. O, beynəlxalq hüquqa əsasən hər hansı ölkəyə qarşı təcavüzkar əməliyyatlarda iştirakın yolverilməz olduğunu xatırladaraq, region dövlətlərini ABŞ və İsrailin İran əleyhinə əməliyyatlar üçün onların imkan və ərazilərindən istifadəsinin qarşısını almağa çağırıb.

Seyid Abbas İraqçi qeyd edib ki, ABŞ və İsrailin başlatdığı müharibə təkcə İran xalqına deyil, bütün region ölkələrinə qarşı yönəlib və müsəlman dövlətləri bu planlara qarşı çıxmaq üçün tarixi məsuliyyətlərini yerinə yetirməlidirlər.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rəsmi Ankara ABŞ, İsrail və İranı hücumları dayandırmağa çağırıb

Next

“Neftçi” Şamaxıda qalib gələ bilmədi

Copyright 2026— Praqraf.com. All rights reserved