Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski Vaşinqtonu Kiyevə ən qısa müddətdə müasir silahlar verməyə çağırıb
DÜNYA

Zelenski Vaşinqtonu Kiyevə ən qısa müddətdə müasir silahlar verməyə çağırıb

27 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonu Rusiya hakimiyyət nümayəndələrinin ailə üzvlərinə qarşı sanksiyaları sərtləşdirməyə və Kiyevə ən qısa müddətdə daha müasir silahlar verməyə çağırıb.

Paraqraf.com xəbər verir ki, Ukrayna lideri bunu “Sky News”a müsahibəsində bildirib.

“Birləşmiş Ştatlar özlərinin düşündüklərindən daha güclüdür. Mən həqiqətən belə hesab edirəm. Onlar doğrudan da Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərirlər. Onlar bu müharibəni dayandıra bilərlər”, – Zelenski qeyd edib.

Bununla yanaşı, o, Ukraynanın sülhə nail olmağa nə qədər yaxın olması barədə suala cavabında çox şeyin ABŞ-də bu ilin noyabrına təyin edilmiş aralıq seçkilərdən asılı olduğunu bildirib.

“İndi düşünürəm ki, şansımız var. Gələn ilə gəlincə, çox şey həmin aylardan asılıdır: müharibəni payıza qədər, Birləşmiş Ştatlardakı mühüm və nüfuzlu seçkilərə qədər bitirə biləcəyikmi. Əgər sülhə nail ola bilsək, deməli, indi imkanlar pəncərəmiz var”, – o vurğulayıb.

Nəşr qeyd edir ki, Zelenski Ukraynanın müharibəni qazana bilib-bilməyəcəyi sualına birbaşa cavab verməkdən yayınıb. Onun sözlərinə görə, “hər şey insanların “qələbə” sözü altında nəyi nəzərdə tutmasından asılıdır”.

“Və düzünü desəm, ərazilər haqqında danışmaq çox çətindir. Bu gün bütün torpaqları necə geri qaytarmaq olar – bu, çox çətindir və çox böyük insan itkisinə səbəb olacaq. Lakin vacib olan odur ki, Rusiya buna döyüş meydanında da nail ola bilmir. Buna görə də onlar qalib gəlmir, biz isə uduzmuruq”, – o deyib.

Zelenski bir daha vurğulayıb ki, Ukrayna müharibəni başa çatdırmaq üçün ərazi güzəştlərinə getmək niyyətində deyil. “Bu, bizim ərazimizdir. İnanılmaz dərəcədə qəribə səslənir – biz öz torpağımızdan niyə getməliyik? Nə üçün onlar bizim torpağımızı işğal ediblər və heç kim onları oradan çıxara bilmir?” – o bəyan edib.

Bundan başqa, Ukrayna lideri Ağ Evin rəhbəri Donald Trampla münasibətlərinə toxunaraq onları “çətin” adlandırıb, lakin Ukraynanın Birləşmiş Ştatlarla münasibətlərinin “şəxsi münasibətlərdən kənara çıxdığını” vurğulayıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda elektrovozla yük avtomobili toqquşub, ölən var

Next

Hakan Fidan və Məhəmməd İshaq Dar Pakistan-Əfqanıstan gərginliyini müzakirə ediblər

Copyright 2026— Praqraf.com. All rights reserved