Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 27
  • Xocalıda ucalan yaddaş abidəsi – ədalətin və qələbənin rəmzi

Xocalıda ucalan yaddaş abidəsi – ədalətin və qələbənin rəmzi

admin 27 Fevral 2026 5 minutes read
IMG-20260227-WA0002
PAYLAŞIN:

Azad Xocalı torpağında inşa edilən Xocalı Soyqırımı Memorialı xalqımızın qan yaddaşının daşlaşmış ifadəsi, milli hüznün və eyni zamanda tarixi qələbənin simvoludur. Bu kompleks yalnız bir memarlıq nümunəsi deyil, 1992-ci ilin fevralında dinc əhaliyə qarşı törədilmiş soyqırımının unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılmış konseptual yaddaş məkanıdır. Memorialın memarlıq həlli dərin rəmzi məna daşıyır – kompleksi dörd tərəfdən əhatə edən monolit konstruksiya Xocalı sakinlərini qorumağa çalışan rəmzi əlləri ifadə edir. Ərazidə əkilən badam ağacları isə həm yazın müjdəçisi, həm də ədalətə inamın simvoludur.

Fevralın 26-da Xocalı şəhərində Memorialın açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak etdilər. Açılış mərasimi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramın, eyni zamanda azad edilmiş torpaqlarda həyatın bərpasının rəmzi hadisəsinə çevrildi. İki il əvvəl təməli qoyulan kompleks qısa müddətdə inşa edilərək istifadəyə verildi və artıq ziyarətçilərin üzünə açıldı. Memorialın tərkibində yaradılmış ekspozisiya zallarında Xocalı soyqırımı ilə bağlı sənədlər, faktlar və interaktiv təqdimatlar yer alır. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş dəhşətli hadisələr, 613 günahsız insanın qətlə yetirilməsi, yüzlərlə sakinin yaralanması, əsir və girov götürülməsi barədə məlumatlar təqdim olunur. Bu faktlar bir daha təsdiqləyir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, “Ədaləti biz özümüz təmin etdik” və bu ifadə sadəcə emosional bəyanat deyil, real tarixi nəticələrin ümumiləşdirilmiş siyasi qiymətidir. Dövlət başçısı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı nəticəsində Azərbaycan həm döyüş meydanında qələbə qazandı, həm də müharibə cinayətkarlarının bir hissəsini məhv etdi, digər hissəsini – xüsusilə separatçı rejimin rəhbər şəxslərini – saxlayaraq məhkəmə qarşısına çıxardı. Onun sözlərinə görə, dünyada nadir hallarda elə ölkə tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü hərbi-siyasi yolla tam bərpa etsin, həm də müharibə cinayətkarlarını hüquqi məsuliyyətə cəlb etsin.

Prezident bildirdi ki, işğal dövründə Azərbaycana “reallıqla barışmaq” barədə müxtəlif təzyiqlər və siqnallar göndərilsə də, dövlətin əyilməz iradəsi dəyişmədi. İllərlə aparılan məqsədyönlü siyasət, güclü iqtisadiyyatın və müasir Ordunun qurulması nəticəsində cəmi 44 gün ərzində düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi. 2023-cü ildə isə bir neçə saat davam edən antiterror əməliyyatı ilə qanunsuz xunta rejiminin ləğv olunduğunu xatırladan Prezident vurğuladı ki, Xocalıya ədalət məhz həmin an təmin edildi və bununla da tarixi ədalətin bərpası həm hərbi, həm də hüquqi müstəvidə tamamlandı.

Dövlət başçısı qeyd etdi ki, torpaqların azad olunması ilə yanaşı, müharibə cinayətkarlarının məsuliyyətə cəlb edilməsi də ədalətin tam təmin olunmasının vacib şərtidir. Müharibə zamanı və sonrakı dövrdə cinayət törətmiş şəxslərin bir hissəsi zərərsizləşdirilmiş, digərləri isə saxlanılaraq məhkəmə qarşısına çıxarılmışdır. Bu isə göstərir ki, Azərbaycan dövləti ədalətin bərpasını yalnız hərbi qələbə ilə deyil, hüquqi müstəvidə də təmin etmişdir.

Dövlət başçısı həmçinin Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən ardıcıl siyasətdən bəhs etdi. Bu kontekstdə Heydər Əliyev Fondu tərəfindən başlanan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti xüsusi vurğulandı. Bu təşəbbüs nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər dünyanın müxtəlif ölkələrində geniş auditoriyalara çatdırılmışdır.

Beləliklə, Xocalı Soyqırımı Memorialının açılışı təkcə bir anım mərasimi deyil, həm də qalib dövlətin tarixi ədaləti təmin etdiyini nümayiş etdirən siyasi və mənəvi hadisədir. Bu abidə xalqımızın əyilməz ruhunu, şəhidlərimizin müqəddəs xatirəsini və ədalətə olan sarsılmaz inamını əbədiləşdirir. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq, ucaldılan bu memorial isə gələcək nəsillərə tariximizin ağrılı, lakin qürurlu səhifəsini xatırladacaq.

Samirə Hüseynova
Paraqraf.com

Loading

Visited 25 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Novruz bayramı ərəfəsində bazarda qiymətlər niyə artır? – AÇIQLAMA
Next: Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.