Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tokayev və Vuçiç ikitərəfli strateji tərəfdaşlığın inkişafını müzakirə edib
DÜNYA

Tokayev və Vuçiç ikitərəfli strateji tərəfdaşlığın inkişafını müzakirə edib

27 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Qazaxıstan və Serbiya prezidentləri Kasım-Jomart Tokayev və Aleksandr Vuçiç cümə günü Astanada məhdud tərkibdə danışıqlar aparıblar.

Paraqraf.com-un Akordaya istinadən verdiyi məlumata görə, görüş zamanı Tokayev qeyd edib ki, Qazaxıstan Serbiyanı Avropada mühüm strateji tərəfdaşı hesab edir. O, xüsusilə iqtisadi, humanitar və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Qazaxıstan dövlət başçısı ticarət əlaqələrinin inkişafına, Astana ilə Belqrad arasında birbaşa aviareysin açılmasına, habelə Qazaxıstanda 60-dan çox Serbiya şirkətinin uğurla fəaliyyət göstərdiyinə diqqət çəkib.

Onun sözlərinə görə, iki ölkənin əsas beynəlxalq məsələlərə yanaşmalarının oxşar olması gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Öz növbəsində, Aleksandr Vuçiç Qazaxıstan-Serbiya münasibətlərinin strateji xarakter daşıdığını bəyan edib.

O, süni intellekt, informasiya texnologiyaları və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinin ikitərəfli tərəfdaşlığa əlavə təkan verəcəyinə əminliyini bildirib. Vuçiç, həmçinin Qazaxıstan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Banqladeşdə 5,5 maqnitudalı zəlzələ olub

Next

Batumidə qanunsuz heroin dövriyyəsinə görə Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved