Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Novruz bayramı ərəfəsində bazarda qiymətlər niyə artır? – AÇIQLAMA
MANŞETÖZƏL

Novruz bayramı ərəfəsində bazarda qiymətlər niyə artır? – AÇIQLAMA

27 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Hər il Novruz bayramı ərəfəsində alıcılar bazarda qiymət artımını “od qiymətinə” kimi ifadə edirlər. Bu dövrdə xüsusilə çərəzlərin, meyvə-tərəvəzin, şirniyyat məhsullarının və bayram süfrəsi üçün alınan digər ərzaqların qiymətində ciddi bahalaşma müşahidə olunur.

İqtisadçı Fuad İbrahimov “Paraqraf.com”a açıqlamasında bildirib ki, bayram günlərində qiymət artımının əsas səbəbi tələbatın yüksəlməsidir:

“Tələbat artanda qiymət artır, tələbat azalanda isə qiymət də aşağı düşür. Hər hansı məhsul çatışmadıqda və ona ehtiyac çox olduqda qiymət yüksəlir. Əgər məhsul boldursa, bazarda rəqabət yaranır və nəticədə qiymətlər enir. Sahibkar və ticarətçi bu fürsətlərdən istifadə edir. Bu hal dünyanın hər yerində mövcuddur. Qərb ölkələrində də Yeni il və digər bayramlar zamanı xidmət və məhsulların qiyməti qalxır”.

İqtisadçının fikrincə, Novruz ərəfəsində artımın digər səbəbləri sırasında mövsümi amillər, logistika xərcləri və idxaldan asılı məhsulların qiymət dəyişiklikləri də yer alır:

“Xüsusilə qoz-fındıq, badam, kişmiş kimi çərəz məhsulları və bəzi meyvələr əsasən xaricdən gətirildiyi üçün valyuta məzənnəsi və daşınma xərcləri də yekun qiymətə təsir göstərir.

Bununla yanaşı, bayram süfrəsinin zəngin qurulması ənənəsi də alıcıların xərclərini artırır. Ailələr bolluq rəmzi olan səməni, şirniyyat və müxtəlif təamlar hazırladıqları üçün alış-veriş həcmi yüksəlir və bazarda canlanma yaranır”.

O qeyd edib ki, bayramdan sonra tələbatın azalması ilə qiymətlərdə nisbi sabitləşmə müşahidə oluna bilər.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Mədəniyyət haqqında” qanuna dəyişiklik edilməsi ilk oxunuşda qəbul edilib

Next

Xocalıda ucalan yaddaş abidəsi – ədalətin və qələbənin rəmzi

Copyright 2026— Praqraf.com. All rights reserved