Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Əraqçi: Əfqanıstan və Pakistan arasında vasitəçilik etməyə hazırıq
DÜNYA

Əraqçi: Əfqanıstan və Pakistan arasında vasitəçilik etməyə hazırıq

27 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

İran İslam Respublikası Əfqanıstanla Pakistan arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.

Paraqraf.com “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” səhifəsindəki paylaşımında bildirib.

Nazir iki ölkə arasında fikir ayrılıqlarını dialoq və qonşuluq münasibətləri yolu ilə həll etməyə çağırıb.

Əraqçi müqəddəs Ramazan ayının özünü məhdudlaşdırma və İslam həmrəyliyi dövrü kimi əhəmiyyətinin olduğunu da vurğulayıb.

XİN başçısı İranın danışıqlar prosesinə vasitəçilik etmək istədiklərini təsdiqləyərək, ölkəsinin Kabil ilə İslamabad arasında konstruktiv dialoqun aparılmasına, qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və əməkdaşlığın inkişafına kömək etmək üçün istənilən lazımi yardımı göstərməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Pakistanın Müdafiə Nazirliyi fevralın 27-də yaydığı açıqlamada bildirib ki, hər iki ölkə gecə saatlarında zərbələr endirdikdən sonra ölkəsi qonşu Əfqanıstanla “açıq müharibə” vəziyyətindədir. Əfqanıstanın “Taliban” hökuməti bildirib ki, Pakistan Əfqanıstana sərhədboyu hücuma keçəndən bir neçə saat sonra gecə saatlarında Kabil, Qəndəhar, Paktiya, Nənqərhar vilayətlərinə zərbələr endirib.

Pakistan “PTV” kanalının məlumatına görə, hücum nəticəsində 72 əfqan hərbçi ölüb, daha 120-si yaralanıb. Sursat anbarının və 30-dan çox texnika vahidinin məhv edildiyi bildirilir. “Taliban” hökuməti bildirib ki, sərhəddəki döyüşlərdə 55 pakistanlı hərbçi ölüb, 11-i yaralanıb, Pakistanın 19 blokopostunu ələ keçiriblər.

Pakistanın müdafiə naziri Xacə M. Asif talibləri terrorçuları dəstəkləməkdə və Hindistanın maraqlarına işləməkdə ittiham edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Batumidə qanunsuz heroin dövriyyəsinə görə Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Next

Maduro ABŞ-də məhkəməsinin ləğvini tələb edir

Copyright 2026— Praqraf.com. All rights reserved