Bakıda Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
Paraqraf.com xəbər verir ki, Azərbaycan və Efiopiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.
Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.
Sonda rəsmi foto çəkdirilib.
Paraqraf.com
![]()
