Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Paraqraf.com-un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.
Qarşılaşma “National Basketball Arena”da, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
