Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ukrayna ilk dəfə Kleypeda terminal vasitəsilə mayeləşdirilmiş təbii qaz alacaq
DÜNYA

Ukrayna ilk dəfə Kleypeda terminal vasitəsilə mayeləşdirilmiş təbii qaz alacaq

26 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Ukrayna ilk dəfə Litvanın Kleypeda şəhərindəki terminal vasitəsilə mayeləşdirilmiş təbii qaz (LNG) partiyasını alacaq.

Paraqraf.com Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə “Naftoqaz” qrupu məlumat yayıb.

“Ignitis Group” ilə birgə 90 milyon kubmetr qazın tədarükünü təmin etdik. Bu, bu ilin fevral-mart ayları ərzində davam edəcək. Qazın Ukraynaya çatdırılmasını “Naftoqaz” özü təmin edəcək”, – məlumatda qeyd olunub.

“Ukrayna Naftoqaz” milli səhmdar şirkətinin idarə heyətinin sədri Sergey Koretskinin qeyd edib ki, Kleypeda vasitəsilə dəhlizin açılması Ukrayna üçün qaz tədarükü marşrutlarının şaxələndirilməsində daha bir addımdır:

“Biz müharibə və Rusiyanın enerji infrastrukturuna sistemli hücumları şəraitində resursun etibarlı və çevik tədarükünü təmin etmək üçün avropalı tərəfdaşlarla əməkdaşlığı ardıcıl olaraq genişləndiririk”.

Eyni zamanda Litvanın energetika naziri Jiqimantas Vayçyunasın sözlərinə görə, Kleypedadakı LNG terminalı Avropada ən fəal istifadə olunan terminallardan biridir və onun vasitəsilə qazın etibarlı tədarükünə töhfə vermək və Ukraynadakı tərəfdaşların enerji təhlükəsizliyini gücləndirmək mümkündür.

“Naftoqaz”da qeyd edilib ki, Kleypeda terminalı vasitəsilə tədarük mövcud mayeləşdirilmiş təbii qaz idxalı marşrutlarını tamamlayır və ayrı-ayrı istiqamətlərdən asılılığı azaldaraq, sistemin çevikliyini artıraraq Ukraynanın qaz təchizatının dayanıqlığını gücləndirir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qrossi İran və ABŞ arasındakı danışıqlara qoşulub

Next

Rusiya və Ukrayna hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib

Copyright 2026— Praqraf.com. All rights reserved