“Qarabağ” klubunun zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.
Bu barədə Paraqraf.com-a Ağdam təmsilçisindən məlumat verilib.
“UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl” ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək”, – deyə klubdan bildirilib.
Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
