Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş prokuror Kamran Əliyev və prokurorluq orqanlarının əməkdaşları Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Bu barədə Paraqraf.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
