Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziçin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həlak olmuş günahsız qurbanların – qadınların, kişilərin, uşaqların və yaşlıların xatirəsini yad edir. Nümayəndəlik qəlbdən başsağlığı verir, barışığın və dayanıqlı sülhün bərqərar olunmasının vacibliyini vurğulayır”, – o yazıb.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
