Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Qurban Qurbanov: İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu
İDMAN

Qurban Qurbanov: İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu

25 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

İngiltərə klublarına qarşı çıxış etmək “Qarabağ” klubuna böyük təcrübə qazandırıb.

Paraqraf.com-un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib: “Əvvəlcə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Cari mövsüm Çempionlar Liqasında İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu. Oyunçularımın hər birindən çox razıyam. “Nyukasl”la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi. Matçın əvvəlində buraxılan 2 qoldan sonra oyunçular özlərini ələ ala bildilər”.

Qurban Qurbanov İngiltərə klubunun azarkeşlərinə minnətdarlığını bildirib: “Onlar bu oyuna öz klublarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara da əl çalırdılar. “Nyukasl” komandasına qarşıdakı matçlarda uğurlar arzu edirəm, öz azarkeşlərimizə də təşəkkürümü çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar”.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, “köhlən atlar” Çempionlar Liqasında mübarizəni dayandırıb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

UEFA Çempionlar Liqası: Pley-off mərhələsinə yekun vurulur

Next

Mərakeş millisi dünya çempionatı ərəfəsində baş məşqçisini itirib

Copyright 2026— Praqraf.com. All rights reserved