Qazaxıstanın Karaqanda vilayətində planlı təlim-məşq uçuşlarının icrası zamanı “Su-30SM” qırıcısı qəzaya uğrayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.
“Təyyarənin ekipajı katapult edib. Pilotlar sağdır, həyat və sağlamlıqlarına təhlükə yoxdur. Onlar tibb mütəxəssislərinin nəzarəti altındadırlar”, – məlumatda bildirilib.
Qəzanın baş verdiyi ərazi əhatəyə alınıb. Əhali və infrastruktur obyektləri üçün təhlükə qeydə alınmayıb.
Hadisənin baş vermə səbəbləri və şəraitinin müəyyən edilməsi üçün Uçuş Təhlükəsizliyi Departamentinin rəisinin başçılığı ilə xüsusi komissiya yaradılıb.
Paraqraf.com
![]()
Visited 1 times, 1 visit(s) today
