Lənkəran rayonunda torpaq sürüşməsi baş verib, Hirkan–Daşdatük–Biləsər yolunda asfalt qatı çöküb.
Paraqraf.com-un məlumatına görə, sürüşmə rayonun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda qeydə alınıb.
Sürüşmə nəticəsində yolun asfalt qatı çöküb və nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Qeyd edək ki, sözügedən yol rayonun 7 yaşayış məntəqəsini Lənkəran şəhəri ilə birləşdirir.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
