Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 25
  • Buxarestdə Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib

Buxarestdə Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib

admin 25 Fevral 2026 4 minutes read
qZfN7A0AaNDTNpx8KKLunFn0ZtpRbBXRocM0LLgv_1200
PAYLAŞIN:

Buxarestdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Paraqraf.com-a səfirlikdən verilən məlumata əsasən, tədbirdə Rumıniyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri və akkreditə olaunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, Rumıniya Parlamentinin deputatları, siyasi-ictimai, elm və mədəniyyət xadimləri, habelə Rumıniyadakı Azərbaycan, tatar vı türk icmalarının üzvləri, iş adamları iştirak ediblər.

Tədbirin əvvəlində mərasim iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq Xocalı soyqırımı barədə məlumat verib.

O, soyqırımının dünyada tanınması və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyası barədə danışıb.

Səfir bildirib ki, hazırda Xocalı və digər azad edilmiş ərazilərin bərpası və buraya əzəli sakinlərin qayıtması dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Həmçinin o, soyqırımının günahkarlarının bir qisminin Azərbaycanda qanun qarşısında layiq olduqları cəzanı aldiqlarını, məsuliyyətdən müvəqqəti yayınanların isə bir gün erməni xalqı və Ermənistan rəhbərliyi tərəfindən cəzalandırılacağına inandığını ifadə edib. Cari ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümid etdiyini bildirən Q.Osmanov Cənubi Qafqazın Şərq və Qərb arasında nəqliyyat qovşağına çevriləcəyini vurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan ölkəsinin Azərbaycana qeyd-şərtsiz dəstəyinin bundan sonra da davam edəcəyini, 44 günlük Vətən müharibəsindəki zəfər sayəsində Qafqazın artıq müharibələr deyil, sülh regionuna çevrildyini vurğulayıb.

Rumıniya Parlamentinin deputatı Amet Varol çıxışında Qarabağa səfərindən, Xocalı və Şuşaya ziyarətindən bəhs edib, Xocalı qurbanlarının ailələrinə başsağlığı verib. O, Rumıniyanın regionda əsas müttəfiqinin Azərbaycan olduğunu qeyd edib və ölkəsinin regionda sülh və sabitlikdə maraqlı olduğunu nəzərə çatdırıb.

Rumıniya Müsəlmanlarının müftisi Yusuf Murat Xocalı soyqırımının günahsız qurbanlarınn xatirəsinə dualar oxuyub, eyni zamanda bu həftə Rumıniyadakı bütün məscidlərdə cümə namazında Xocalı şəhidlərinin ruhuna duaların olunacağını açıqlayıb.

Rumıniyanın Azərbaycandakı ilk səfiri, professor Tasin Cemil qaçqın düşərgələri ilə tanışlığından və acı xatirələrindən bəhs edib, dünyanın həmin vaxt ölkəmizdə baş verən faciəyə, 1 milyon qaçqın və məcburi köçkünün taleyinə biganə qaldığını qeyd edib.

Rumıniyada nəşr olunan “Geopolitika” jurnalının təsisçi direktoru və baş redaktoru, tanınmış jurnalist Vasili Simileanu qeyd edib ki, Xocalı faciəsi dünyanın digər nöqtələrində təkrarlanması üçün beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənməlidir. O, dəhşətli hadisəni bəşəriyyət üçün utanc adlandırıraq, soyqırımının törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Sonra Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub, həmçnin tədbir iştirakçılarına soyqırımına və ölkəmizdəki mina probleminə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən ətraflı məlumat verilib.

Daha sonra mərasim iştirakçıları üçün xüsusi olaraq Azərbaycandan gətirilmiş milli şirniyyatlardan ibarət ehsan süfrəsi açılıb.

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Əli Əsədov TBMM-in komitə sədri ilə görüşüb
Next: İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.