Ötən il Azərbaycana xarici ölkələrdən 11,9 milyon ABŞ dolları dəyərində 9 milyon 170 min 355 ədəd çəkisi 185 qramdan artıq olmayan diri ev toyuğu (cücə) gətirilib.
Paraqraf.com-un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 %, kəmiyyət olaraq – 45 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 6,9 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 15 % çox) 942 min 937 ədəd (-0,3 %), Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində (-23 %) 6 milyon 730 min 450 dəd (-43 %), Gürcüstandan 658 min ABŞ dolları dəyərində (-67 %) 1 milyon 367 min ədəd (-64 %), İspaniyadan 441,2 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 77 min 160 ədəd (+4,5 dəfə), Amerika Birləşmiş Ştatlarından 266 min ABŞ dolları dəyərində (-1,1 %) 38 min 880 ədəd (-5 %) cücə alıb.
Azərbaycan 3 il 7 aylıq fasilənin ardından Fransadan (130 min ABŞ dolları dəyərində 13 min 928 ədəd) tədarükü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 16,55 milyon ədəd cücənin 71 %-i Türkiyənin payına düşüb.
Paraqraf.com
![]()
