Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Nazirlik rəsmisi: Bu ildən diplom və attestatlar elektron şəkildə təqdim ediləcək
ELM VƏ TƏHSİL

Nazirlik rəsmisi: Bu ildən diplom və attestatlar elektron şəkildə təqdim ediləcək

24 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Bu tədris ilindən təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək.

Paraqraf.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formada verilməsi ilə bağlı qaydaları təsdiqləyib:

“Diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Təhsil sənədləri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron formada hazırlanacaq. Sənədlərdəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim oluna və əldə edilə biləcək”.

V.Xanlarov əlavə edib ki, təhsil sənədlərinə ştrix-kod əlavə olunmaqla onların həqiqiliyinin onlayn yoxlanılması mümkün olacaq.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah hava çiskinli olacaq

Next

Lombard problemləri artır: BAĞLANACAQ?

Copyright 2026— Praqraf.com. All rights reserved