Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 24
  • Lombard problemləri artır: BAĞLANACAQ?

Lombard problemləri artır: BAĞLANACAQ?

admin 24 Fevral 2026 3 minutes read
17719365781100442466699d9b4244254
PAYLAŞIN:

Bakıda lombarda qızıl-zinət əşyaları qoyub pul götürən bir qrup sakin aldadıldığını bildirir.

Onların içərisində Türkiyə vətəndaşları da var. Müştərilər aldıqları pulları və faizini tam şəkildə geri qaytarsalar da, girov qoyduqları qızıllarını ala bilməyiblər.

Paytaxtın Səbail rayonu, Əhəd Yaqubov küçəsi 14 ünvanında fəaliyyət göstərən lombarda qızıl-zinət əşyalarını girov qoyub pul götürən bir qrup vətəndaş belə bir iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edib. Zərəçəkmişlərin içərisində Türkiyə vətəndaşları da var.

Xatırladaq ki, bir müddət əvvəl, vətəndaşların qızıl-zinət əşyalarını mənimsəməkdə təqsirləndirilən “Lombard Xəyal”ın sahibi Xəyal Abdullayev və onun köməkçisi Fərid Abuzərli barədə də məhkəməyə şikayət olunmuşdu.

Bununla bağlı  açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, bu gün lombardların fəaliyyətinin tənzimlənməsi istiqamətində mövcud nəzarət mexanizmi yoxdur:

“Xatırladım ki, 10 il əvvəl lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı “Lombardlar haqqında” yeni qanun layihəsi hazırlanıb. Amma hələ də bu qanun layihəsi qəbul olunmayıb”.

Onun sözlərinə görə, bu gün ölkədə lombardlarla bağlı ciddi problemlər var:

“Lombardlar faktiki olaraq qanunsuz bank fəaliyyəti ilə məşğuldurlar. Əslində lombardlar kreditləri öz pulları hesabına verməlidirlər. Amma onların büdcəsi yoxdur və nizamnamə kapitalları da çox aşağıdır. Lombardlar çox vaxt ya banklardan borc alırlar, ya da vətəndaş hesabına maliyyələşirlər. Yəni lombardların haradan maliyyələşməsinə nəzarət olunmalıdır.

Lombardlarla vətəndaşların problemi ondan ibarətdir ki, vətəndaşların verdiyi zinət əşyalarının eyniləşdirilməsi lazımi səviyyədə olmur. Vətəndaş isə borcunu bağlamağa gələndə lombard onlara başqa qızıl verir və bu sübut oluna bilmir.

Bu gün ölkədə fəaliyyət göstərən lombardlar tez-tez yerlərini dəyişirlər, nəticədə isə onları tapmaq müşkülə çevrilir. Bu halda vətəndaşların lombardda olan qızıl-zinət əşyaları da batmış olur. Məlumdur ki, vətəndaşların verdiyi qızıl-zinət əşyaları onların qarşılığında lombarddan götürdükləri puldan bir neçə dəfə çox olur”.

Ekspert qeyd edib ki, bəzən vətəndaş krediti vaxtında bağlaya bilmədikdə lombard qızıla “əl qoyur” və geri qaytarmır:

“Bu da qanunsuzluqdur, nəticədə həmin lombarddan məhkəməyə şikayət edilməli və hərrac həyata keçirilməlidir”.

Aişə Abdulova
Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Nazirlik rəsmisi: Bu ildən diplom və attestatlar elektron şəkildə təqdim ediləcək
Next: Bu marşrutda gedişhaqqı artırıldı

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.