Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 23
  • Meksika qüvvələri narkokartel liderini ABŞ-nin iştirakı olmadan zərərsizləşdirib

Meksika qüvvələri narkokartel liderini ABŞ-nin iştirakı olmadan zərərsizləşdirib

admin 23 Fevral 2026 3 minutes read
Kyw2WSNvJwEIrBwFVGi1DtyQc5ST8yH7NUfFZrlF_1200
PAYLAŞIN:

Meksika xüsusi xidmət orqanları “Xalisko Yeni Nəsil” narkokartelinin “El Menço” ləqəbli başçısı Ruben Nemesio Oseqera Servantesin məhv edildiyi güc əməliyyatını müstəqil şəkildə hazırlayıb və həyata keçiriblər, Amerika tərəfi isə yalnız əlavə kəşfiyyat məlumatları təqdim edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Meksikanın ABŞ-dəki səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Xalisko ştatının Tapalpa şəhərində “El Menço” ləqəbli Ruben N.-nin ələ keçirilməsinə yönəlmiş hərbi əməliyyat Meksika Xüsusi Qüvvələri tərəfindən planlaşdırılıb və icra edilib. Bu aksiya ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib və ABŞ rəsmiləri əlavə kəşfiyyat məlumatları təmin ediblər”, – diplomatik missiyadan bildirilib.

Səfirlik sosial şəbəkələrdə kartel liderinin məhv edilməsi əməliyyatının Amerika hərbçiləri tərəfindən həyata keçirilməsi barədə yayılan xəbərləri bu şəkildə şərh edib və həmin paylaşımları yalan adlandırıb.

Diplomatik missiya əlavə edib ki, Meksika Milli Qvardiyasının və ordusunun hərbi qulluqçuları cinayətkar qruplaşmaların mümkün reaksiyası ilə əlaqədar ictimai asayişi qorumaq üçün Xalisko və qonşu ştatlarda təhlükəsizlik tədbirlərini gücləndirirlər.

Bununla yanaşı, “The Washington Post” qəzeti mənbəyə istinadən yazıb ki, əməliyyat Meksika hərbçiləri tərəfindən keçirilsə də, bura ABŞ və Meksikanın birgə xüsusi qrupunun iştirakı daxil idi.

Pentaqon tərəfindən 2025-ci ilin yanvarında narkokartellərlə mübarizə üçün yaradılmış struktur Arizona ştatında yerləşir. Buraya kəşfiyyat və hüquq-mühafizə orqanlarının nümayəndələri, həmçinin ABŞ hərbçiləri daxildir.

Nəşr dəqiqləşdirib ki, qrup müntəzəm olaraq Meksika hərbçiləri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. O, xüsusilə ABŞ və Meksikada fəaliyyət göstərən narkokartellər haqqında məlumat toplayır.

Paraqraf.com 

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tatarıstanda sənaye zonasındakı obyektlərə PUA hücumu olub
Next: Xalq şairi Səməd Vurğunun 120 illiyi qeyd ediləcək

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.