Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/İtaliyalı hakim ikinci dəfə “Qarabağ”ın İngiltərə komandası ilə oyununu idarə edəcək
İDMAN

İtaliyalı hakim ikinci dəfə “Qarabağ”ın İngiltərə komandası ilə oyununu idarə edəcək

23 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” – “Qarabağ” oyununa təyinat alan italiyalı hakim Davide Massa daha əvvəl də “köhlən atlar”ın İngiltərə klubu ilə matçını idarə edib.

Paraqraf.com-un məlumatına görə, 44 yaşlı referi 2018-ci ildə Azərbaycana gəlib.

O, həmin vaxt Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Arsenal” görüşündə əsas söz sahibi olub. UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0.

Bundan əlavə, Davide Massa 2019-cu ildə Ağdam klubunun Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəldiyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa təyinat alıb.

2014-cü ildən beynəlxalq görüşlərə təyinat alan italiyalı FIFA referisi cari mövsüm UEFA Çempionlar Liqasında 4 matçı idarə edib. O, son olaraq Portuqaliyada “Benfika”nın İspaniyanın “Real” komandasını 4:2 hesabı ilə məğlub etdiyi görüşdə iş başında olub.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk qarşılaşmada qonaqlar 6:1 hesabı ilə üstün olub.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Sabah” Azərbaycan Premyer Liqasında ilk dəfə ardıcıl 10 qələbə qazanıb

Next

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.02.2026)

Copyright 2026— Praqraf.com. All rights reserved