Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq günlə bağlı qanunvericiliyə dəyişiklik edilir
CƏMİYYƏT

Həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq günlə bağlı qanunvericiliyə dəyişiklik edilir

23 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

Azərbaycanda bir sıra hərbçilərin həqiqi hərbi xidmət dövrünün başlanğıcı sayılacaq günlərlə bağlı dəyişiklik edilir.

Paraqraf.com xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qeyd edilib ki, çağırışçılar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, bu, hərbi hissəyə göndərilmək üçün onların hərbi komissarlığa gəldikləri gündən sayılırdı.

Əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişikliyə görə, gizirlərin və miçmanların həqiqi hərbi xidmətində bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qüvvədə olan qanuna əsasən, həmin şəxslər üçün müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün sayılırdı.

Zabitlərin həqiqi hərbi xidmətində isə bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Bundan əlavə, ali və orta ixtisas hərbi təhsil müəssisəsini bilavasitə qurtardıqdan sonra hərbi xidmətə çağırılan (qəbul olunan) ehtiyat zabitləri üçün hərbi xidmətə çağırılması (qəbul olunması) barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Qanun layihəsində, həmçinin, qeyd edilib ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə qəbul edilirlər. Bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətinin başlanğıcı sayılacaq.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların həqiqi hərbi xidmət keçəcəyi dövlət orqanlarının (qurumlarının) toplanış məntəqəsinə (hərbi hissələrə) aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Müddətli həqiqi hərbi xidmətə çağırılmış şəxslər hərbi hissələrə göndərilməzdən əvvəl qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq həqiqi hərbi xidmət başa çatanadək və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

Bildirilib ki, müvafiq icra hakimiyyəti orqanının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və kursantlarının şəxsiyyət vəsiqələri müvəqqəti alınaraq həmin qurumda saxlanılır.

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına hərbi bilet veriləcək.

Qüvvədə olan qanuna əsasən isə hərbi uçotda olmayan qadınlar üçün hərbi xidmətin başlanğıcı hərbi komissarlığın sərəncamında göstərilmiş yerə getmə günündən tez olmayaraq hərbi rütbə verilməsi haqqında əmr imza edilən gün sayılırdı.

Dəyişiklikdən öncə müddətli həqiqi hərbi xidmətə çağırılmış Azərbaycan vətəndaşlarının hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi (muxtar respublikanın toplanış məntəqəsi) vasitəsi ilə həyata keçirilirdi. Həqiqi hərbi xidmətə çağırılmış şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl rayon (şəhər) hərbi komissarlıqları müəyyən edilmiş qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirdilər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda hərbi xidmətə könüllü qəbul edilə biləcək şəxslərə dair tələblər dəyişir

Next

Bir təbəssümlə başlayan böyük gələcək – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved