Bakıda qətl törədilib.
Paraqraf.com xəbər verir ki, fevralın 21-i saat 23 radələrində Şüvəlan ərazisində qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor İmranoviç Lısenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədovu bıçaqla öldürüb.
İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
