Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/ABŞ-İran nüvə danışıqlarında sürpriz razılaşma yox: Regionda gərginliyi artır
MANŞETSİYASƏT

ABŞ-İran nüvə danışıqlarında sürpriz razılaşma yox: Regionda gərginliyi artır

23 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

ABŞ və İran arasında nüvə proqramının məhdudlaşdırılması və sanksiyaların aradan qaldırılması məsələsi uzun illərdir ki, beynəlxalq gündəmin diqqət mərkəzindədir. Son dövrlərdə aparılan danışıqlar hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etsə də, fikir ayrılıqları hələ də qalmaqdadır. Analitiklər və politoloqlar hesab edirlər ki, ABŞ-İran münasibətlərinin normallaşması çox çətin görünür və hər iki tərəfin mövqelərindən geri çəkilməməsi regionda gərginliyi daha da artırır.

Politoloq Tural İrfan Paraqraf.com-a bildirib ki, İran və ABŞ arasında münasibətlərin normallaşması həddən artıq çətin görünür:

Seyidlik farsların uydurmasıdır” - Tural İrfan - Turkustan.az

“Əslində, ABŞ tam olaraq İran rejiminin dəyişməsini istəyir və buna ciddi olaraq çalışır. Amma əlavə risklər, təhlükələr onu hərbi müdaxilədən hələ ki, çəkindirir. İranı mühasirəyə almaqla psixoloji və iqtisadi blokada yaradaraq razı salmaq istəyir. İran isə Çin və Rusiyadan dəstək alaraq geri çəkilmək istəmir. İran rejimi xalqın təhlükəsizliyini, vəziyyətini düşünmür. Onun üçün əsas rejimi və rejimin mənsub olduğu ideologiyanı qorumaqdır. Hazırkı ABŞ-İran danışıqları formal xarakter daşıyır. Əslində, tərəflər mövqeyindən və şərtlərdən geri çəkilmirlər. Nisbi yumşalmalar mahiyyəti dəyişmir. İran rejimi heç bir islahata, dəyişikliyə getmək istəmir. Belə olduğu halda da sanksiyalar davam edəcək və xalq daha da etirazları artıracaq. Əslində bu zaman kəsimi danışıqlara ümiddən yaranmayıb”.

O əlavə edib ki, İranda iqtisadi durum çox ağırdır:

“Eyni zamanda ABŞ və İsrailin kəşfiyyatı, agentura şəbəkələri işləyir. Bu faktorlar əhalinin yenidən ayaqlanmasına gətirib çıxara bilər ki, heç hərbi müdaxiləyə gərək qalmaz. İran ilə ABŞ arasında qaneedici razılaşmanın olacağı ehtimalı çox azdır. Çünki burada İsrail faktoru da var. İsrail hərbi müdaxilənin tərəfdarıdır. Ona görə ki, Qəzzada yeni planların həyata keçirilməsi üçün İran təhdidi qalmaqdadır. İranı tamamilə bərtərəf edib, Qəzzanı təhlükəsiz şəkildə ələ keçirmək üzərində iş gedir. İran da buna əsas yaratmamaq üçün danışıqlarda mümkün olduğu qədər geri çəkilməlidir. Əks halda, hərbi müdaxilə olarsa, həm İran rejimi çökəcək, həm də regionda İsrailin növbəti hədəfi Türkiyə olacaq”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Diqqət! Sumqayıt və Abşeron-Qaradağda su kəsintisi gözlənilir

Next

Fuad Oktay: ABŞ-İran gərginliyi bölgəni qeyri-müəyyənliyə sürükləyir

Copyright 2026— Praqraf.com. All rights reserved