Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Zelenski: Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur
DÜNYA

Zelenski: Moskva diplomatiyanı deyil, zərbələri üstün tutur

22 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Moskva diplomatiyanı deyil, zərbələri maliyyələşdirməyə davam edir.

Paraqraf.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya endirdiyi kütləvi zərbələri bu cür şərh edib.

“Rusiya hücumunun nəticələrinin aradan qaldırılması davam edir. Ukraynaya təxminən 300 zərbə dronu və 50 müxtəlif tipli raket atılıb.

Kiyev və bölgəyə, Dnepr vilayətinə, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı vilayətlərinə zərbələr endirilib. Təəssüf ki, Fastov rayonunda zərbə nəticəsində bir nəfər həlak olub, bir uşaq da daxil olmaqla səkkiz nəfər yaralanıb. Zərbənin əsas hədəfi energetika olub, həmçinin yaşayış binalarına ziyan dəyib, dəmir yolunda zədələnmələr var”, – o, “Telegram” kanalında yazıb.

Zelenski bir daha Ukraynanın hava hücumundan müdafiəsinin (HHM) gücləndirilməsinin zəruriliyini vurğulayıb və qeyd edib ki, Rusiya yalnız bir həftə ərzində ölkə ərazisinə 1300-dən çox zərbə PUA-sı, 1400-dən çox aviasiya bombası və 96 raketlə hücum edib.

“Məhz buna görə biz HHM-i gücləndirməliyik. Ballistikaya qarşı effektiv işləyən sistemlər lazımdır. PURL vasitəsilə HHM raketlərinin alınmasında və öz tədarükləri ilə bizə kömək edən bütün tərəfdaşlara təşəkkür edirəm. Hər bir belə raket kritik infrastrukturu qoruyur və həyatın normallığını saxlayır”, – Ukrayna Prezidenti vurğulayıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Reuters”: İran və ABŞ arasında martın əvvəlində saziş imzalana bilər

Next

Pezeşkian: İran nüvə danışıqlarında ABŞ-nin təzyiqinə təslim olmayacaq

Copyright 2026— Praqraf.com. All rights reserved