Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Makron Trampdan Avropa vətəndaşlarına qarşı sanksiyaların ləğv olunmasını xahiş edib
DÜNYA

Makron Trampdan Avropa vətəndaşlarına qarşı sanksiyaların ləğv olunmasını xahiş edib

22 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti Donald Trampa bir neçə Avropa vətəndaşına qarşı sanksiyaları ləğvini xahiş edən məktub göndərib.

Paraqraf.com xəbər verir ki, bu barədə “La Tribune Dimanche” qəzeti məlumat yayıb.

Söhbət xüsusən Avropanın daxili bazar məsələləri üzrə sabiq komissarı Tyerri Breton və Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Nikolas Giyudan gedir.

“Sizdən administrasiyanızın qərarlarını yenidən nəzərdən keçirməyinizi, Nikolas Giyu və Tyerri Bretona qarşı ədalətsiz tətbiq olunmuş sanksiyaların ləğvini xahiş edirəm”, – qəzet məktubdan bir hissəni sitat gətirib.

Nəşrin məlumatına görə, ABŞ əvvəllər Breton barəsində və Vaşinqtonun amerikalıları senzura etmək cəhdlərində iştirakını hesab etdiyi bir neçə digər şəxsə qarşı viza məhdudiyyətləri tətbiq etmişdi. Keçmiş Avropa komissarı, xüsusən Aİ-nin rəqəmsal xidmətlər qanununun “ideya ilhamçısı” adlandırılıb.

“Tyerri Bretona qarşı sanksiyalar Avropa qanunvericiliyinin muxtariyyətini sarsıdır, bundan əlavə, səhv hesablamaya əsaslanır: Avropa rəqəmsal tənzimləməsi ekstraterritorial təsirə malik deyil və ayrı-seçkilik olmadan tətbiq olunur”, – Makron qeyd edib.

Fransa lideri həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verməsindən sonra ABŞ-nin Giyuya qarşı sanksiyalarını tənqid edib. Onun fikrincə, bu addım “məhkəmə müstəqilliyi prinsipin”i və BCM-in mandatını sarsıdır.

Nəşrin məlumatına görə, Makron Fransanın xarici işlər naziri Jan-Noel Barroya ABŞ-nin Parisdəki səfiri Çarlz Kuşneri çağırmağı tapşırıb. Çağırışın səbəbi açıqlanmır, lakin qeyd edilir ki, diplomat əvvəllər Dövlət Departamentinin “X” sosial media platformasında sağçı fəal Kanten Derankın ölümü ilə bağlı araşdırma aparılmasına çağıran bəyanatını paylaşıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Taliban” Pakistana xəbərdarlıq edib

Next

Tramp ABŞ-nin xəstəxana gəmisinin Qrenlandiya sahillərinə göndərildiyini bildirib

Copyright 2026— Praqraf.com. All rights reserved