“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin yeri yaxın gələcəkdə dəyişdiriləcək. Bu, Xəzər dənizi sahilində, “Sea Breeze” kurortu çərçivəsində alov formasında, sahəsi 200 hektar olan süni adanın yaradılmasından sonra reallaşacaq. Layihə çərçivəsində “Formula 1” yarışının Bakının mərkəzindən həmin əraziyə köçürülməsi nəzərdə tutulur.
Paraqraf.com xəbər verir ki, bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “RİA Novosti”-yə açıqlamasında məlumat verib. O, “Fire Island” adasında yeni “Formula1” trasının 2031-ci ildə istifadəyə verilə biləcəyini diqqətə çatdırıb.
Ağalarovun sözlərinə görə, layihənin ümumi dəyəri 15–16 milyard dollar təşkil edə bilər:
“Adanın yaradılması təxminən 1 milyard dollara başa gələcək, onun üzərində daşınmaz əmlak tikintisi isə sıxlıq və kvadratmetrlərin sayından asılı olaraq əlavə 10–15 milyard dollar tələb edəcək”.
Paraqraf.com
![]()
