Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 22
  • Dərya Group tərəfindən “Təhsildə İnkişaf Forumu” keçirilib – FOTOLAR

Dərya Group tərəfindən “Təhsildə İnkişaf Forumu” keçirilib – FOTOLAR

admin 22 Fevral 2026 3 minutes read
IMG_2147
PAYLAŞIN:

21 fevral 2026-cı il tarixində Dərya Group tərəfindən Azərbaycan Texniki Universitetində “Təhsildə İnkişaf Forumu” təşkil olunub. Tədbir təhsil sahəsində müasir çağırışların müzakirəsi, müəllimlərin cəmiyyətdə rolu və gənc nəslin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Forumun açılış mərasimində Dərya Group-un icraçı direktoru Həsən Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən və əsas hədəflərindən bəhs edib. O, qeyd edib ki, belə platformalar təhsil ictimaiyyətinin bir araya gəlməsi, fikir mübadiləsi aparması və yeni təşəbbüslərin formalaşması baxımından xüsusi önəm daşıyır.

Tədbirdə ikinci çıxış Dərya Groupun təsisçisi və rəhbəri Aytac Məhərrəmova tərəfindən edilib. O, rəhbərlik etdiyi qurumun təhsilə verdiyi dəstəkdən, maarifləndirici layihələrin davamlılığından və gələcək planlardan danışaraq forumun uzunmüddətli əməkdaşlıqlar üçün zəmin yaratdığını vurğulayıb.

Panel hissəsində çıxış edənlər müxtəlif sahələr üzrə təcrübə və baxışlarını bölüşüblər. Akademik Misir Mərdanov müəllimin cəmiyyətin intellektual dayağı olduğunu vurğulayaraq təhsilin strateji rolundan danışıb. Uzman klinik psixoloq Narınc Rüstəmova rəqəmsal dövrdə uşaqların psixoloji sağlamlığı, sosial media və texnologiyanın təsirləri barədə geniş məlumat verib, praktik tövsiyələrini iştirakçılarla bölüşüb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev isə müəllimlər üçün effektiv nitq və təsir bacarıqlarının əhəmiyyətini önə çəkib.

Forumda təhsil və ictimai fəaliyyət sahəsində tanınan mütəxəssislər – Elmin Nuri, Əmrah Həsənli, Bənövşə Məmmədova, Almaz Həsrət, Mələkxanım Yusifli və Suğra Quliyeva da iştirak ediblər.

Tədbirin bədii hissəsi də maraqla qarşılanıb. İfaçılar Rövik Səfərov və Fatimə Məmmədli səhnədə çıxış ediblər. Həmçinin bacı-qardaş duet Fərman və Günəş musiqi nömrələri ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

Tədbirin yekununda jurnalist, Paraqraf.com saytının təsisçisi Türkan Səfərova forumun əhəmiyyətini vurğulayaraq belə təşəbbüslərin təhsil ictimaiyyətinin inkişafına töhfə verdiyini bildirib. Sonda Dərya Group-un icraçı direktoru Həsən Məmmədov yekun nitqi ilə tədbiri bağlayıb, iştirakçılara təşəkkürünü bildirib və forumun davamlı xarakter daşıyacağını qeyd edib.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanan forumun gələcəkdə də davamlı şəkildə təşkili planlaşdırılır.

 

Həsən Məmmədov 

Paraqraf.com 

Loading

Visited 284 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Emin Ağalarovdan Bayılda yaşayanlara MÜJDƏ
Next: Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal qazandılar

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.