Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 21
  • Putinin Trampa göndərdiyi “GİZLİ PAKET” ifşa olundu: Rusiya “AĞ BAYRAQ” qaldırdı, ABŞ-a təslim olur

Putinin Trampa göndərdiyi “GİZLİ PAKET” ifşa olundu: Rusiya “AĞ BAYRAQ” qaldırdı, ABŞ-a təslim olur

admin 21 Fevral 2026 8 minutes read
14672464c7dff825187cb7d96a43cc03
PAYLAŞIN:

Kreml Rusiyani xilas etmək üçün ABŞ-a böyük iqtisadi-ticari güzəştlər paketi ilə minnətçi düşüb… Ancaq Rusiyanın gələcək taleyi yalnız ABŞ-ın qərarından deyil, həm də Çinin reaksiyasından və Avropanın mövqeyindən asılı olacaq…

Rusiyanın ABŞ-la anlaşmaq məqsədilə hazırladığı və Ağ Evə göndərdiyi “gizli plan” artıq ifşa olunub. Belə ki, Qərb mətbuatı Kremlin “Dmitriyev planı” adlanan və yeni geopolitik oyunun ssenarisi hesab edilən sənədin bəzi detalları barədə məlumatlar yayıb. Və Kremlin bu “gizli plan” üzərindən ABŞ ilə iqtisadi-ticari əməkdaşlıq sayəsində Rusiyanın geopolitik hədəflərinə çata biləcəyinə ümid bəslədiyi bildirilir.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ-Rusiya-Çin üçbucağında postmüharibə dövrünün yeni dünya düzənini formalaşdırılması ilə bağlı olduqca ciddi rəqabət yaşanır. Kremlin Tramp administrasiyasına təqdim etdiyi “Dmitriyev planı” da ilk baxışdan, iqtisadi-ticari əməkdaşlıq paketi kimi görünür. Ancaq bu “plan”ın arxasında daha dərin geopolitik məqsədlərin dayandığı iddia olunur. Və Kremlin Ukrayna müharibəsindən sonrakı yeni dünya düzənində Rusiyanın yerini indidən müəyyənləşdirməyə cəhd göstərdiyi bildirilir.

607b7a23-bc4d-4b7e-9621-ac57ddf54bd7.jpg (200 KB)

Təbii ki, bu “plan”ın məhz Trump administrasiyasına göndərilməsi qətiyyən təsadüfi deyil. Çünki bu sənəd Kremlin bütün mümkün geopolitik prioritetləri nəzərə alaraq, hazırladığı təkliflər paketi kimi görünür. Və nəticədə bu “plan” başlaya biləcək sırf ikitərəfli iqtisadi-ticari əməkdaşlıq prosesini Ağ Ev-Kreml dialoqundan çıxararaq, ABŞ-Rusiya-Çin üçbucağının strateji rəqabət müstəvisinə daşıya bilər.

Məsələ ondadır ki, dörd illik Ukrayna müharibəsi Rusiyanı olduqca ciddi və neqativ məzmunlu reallıqlarla üz-üzə qoyub. Belə ki, Kremlin neoimperialist hədəflərə bağlı işğalçı savaş savaşa başlaması Rusiyanın Qərb maliyyə-iqtisadi sistemindən kənarlaşdırılmasına, texnoloji sanksiyalara məruz qalmasına, enerji resursları ixracının Avropadan Asiyaya yönləndirilməsinə və s. səbəb olub. Və belə situasiyada “Dmitriyev planı” əslində, faktiki olaraq, Rusiyanın Qərb iqtisadi-ticari sisteminə yenidən reinteqrasiya cəhdi kimi görünür.

Çünki Kreml Ağ Evə ABŞ şirkətlərinin Rusiyanin sanksiyalara məruz qalmış aviasiya sektorunda iştirakını, enerji resursları üzrə birgə müəssisələrin yaradılmasını, nadir mineralların hasilatında əməkdaşlıq, nüvə energetikası və süni intellekt sahəsində tərəfdaşlıq, dollar hesablaşmalarına qayıdış kimi strateji xarakterli təkliflər irəli sürür. Xüsusilə də, Rusiyanın dollar sisteminə qayıdışı ilə bağlı təklif ideoloji baxımdan, “dönüş nöqtəsi” sayıla bilər. Çünki son illərdə Kreml israrla BRICS və milli valyutalar üzərindən dollar ödəniş sisteminə alternativ maliyyə arxitekturası qurmağa çalışırdı.

İndi isə belə anlaşılır ki, Kreml ABŞ-Rusiya-Çin üçbucağında strateji balans oyununa cəhd göstərir. Çünki son illərdə Rusiya iqtisadi baxımdan, Çinin orbitinə daha çox yaxınlaşıb. Enerji ixracı, texnologiya transferi və maliyyə əməliyyatları böyük ölçüdə rəsmi Pekinlə əlaqələndirilib. Bu isə Rusiyanın strateji manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Və indi əgər, Kreml Ağ Ev ilə iqtisadi dialoqa qayıtmağa can atırsa, deməli, bu, Rusiyanın konkret geostrateji məqsədləri ilə birbaşa bağlıdır.

24877f20-dbbf-43b4-97d4-07e7f1ce8ea8.jpg (220 KB)

Böyük ehtimalla Kreml rəsmi Pekin qarşısında balans yaratmağa, ABŞ-ın Rusiyanı tam şəkildə Çinin orbitinə keçirmək strategiyasını pozmağa, Qərb texnologiyalarına yenidən çıxış əldə etməyə çalışır. Halbuki, Rusiyadan fərqli olaraq, ABŞ üçün situasiya daha mürəkkəbdir. Çünki Ağ Evin əsas prioriteti uzunmüddətli perspektivdə Çinlə rəqabət aparmaqdır. Və bu kontekstdə Rusiya ilə məhdud iqtisadi-ticari yaxınlaşma Çinə qarşı geopolitik alətə çevrilə bilər.

Ancaq bu, ABŞ üçün Avropa ilə strateji koordinasiyanın zəifləməsi, Rusiyaya qarşı anksiya siyasətinin legitimliyinin sarsılması, Ukrayna məsələsində siyasi reputasiya itkisi kimi önəmli risklər də daşıyır. Halbuki, postmüharibə dövrü üçün yeni dünya düzəninin ilkin əlamətləri ənənəvi ideologiyadan realizmə qayıdış da tələb edir. Son illərdə qlobal müzakirə məkanında “çoxqütblü dünya”, “qlobal Cənub”, “anti-hegemon blok” və s. kimi anlayışlar daha ön planda idi. Rusiya isə bu müzakirə məkanında aparıcı siyasi-ideoloji daşıyıcılardan biri sayılırdı.

Ancaq Kremlin “Dmitriyev planı” onu göstərir ki, iqtisadi-ticari realizm artıq siyasi-ideoloji ritorikanı üstələyir. Çünki Kremldə anlayırlar ki, qlobal maliyyə-iqtisadi arxitektura hələ də ABŞ mərkəzlidir, alternativ bloklar iqtisadi baxımdan, yetərincə dayanıqlı deyil, qarşılıqlı asılılıq sistemi əvvəlki kimi işləkdir. Və bu isə postmüharibə dövrü üçün yeni dünya düzəninin “bloklaşma” yox, məhz qarşılıqlı asılılıq modeli üzərində qurulacağını göstərir.

Belə anlaşılır ki, Kremldə ABŞ-Çin enerji texnologiyaları rəqabətinin dərinləşəcəyini, qlobal enerji bazarında yeni konfiqurasiyanın formalaşacağını, nəzərə alır. Əgər, Rusiya Qərbə reinteqrasiya üçün bu qədər geniş iqtisadi güzəştlər təklif edirsə, bu, MDB ölkələrinə də dolayısı mesaj xarakteri daşıyır. Və bu, MDB məkanında Rusiya üçün əlavə problemlər yarada bilər.

12345Снимок.JPG (132 KB)

Məsələ ondadır ki, MDB ölkələri Rusiyanın alternativ sistem qurmaqda çətinlik çəkdiyini və Qərb bazarlarının hələ də əsas iqtisadi-ticari cazibə mərkəzi olduğunu anlayırlar. Üstəlik, belə vəziyyətdə dəqiq hesablanmış balans siyasətinin daha rasional strategiya ola biləcəyi də inkaredilməz reallıqdır. Bu, Qazaxıstan, Ermənistan, Özbəkistan, eləcə də digər MDB ölkələri üçün çoxvektorlu siyasətin gücləndirilməsinin vacib olduğunu ön plana çəkir. Və MDB ölkələri artıq Rusiyanın orbitinə tam bağlı qalmaq əvəzinə ABŞ, Çin və Avropa arasında daha çevik manevr etməyə üstünlük verirlər.

Bəzi iddialara görə, Tramp administrasiyası Kremlin “Dmitriyev planı”na münasibətdə hələlik müəyyən tərəddüdlərdən tam uzaqlaşa bilməyib. Çünki əgər, bu “plan” qəbul olunarsa, bir tərəfdən Ukrayna savaşının siyasi-diplomatik həlli sürətlənə, ABŞ şirkətləri yeni bazara çıxış əldə edə və Çin-Rusiya yaxınlaşması zəifləyə bilər. Ancaq əgər, Kremlin təklifləri rədd edilərsə,  onda Rusiyanin Çinlə daha dərin inteqrasiyası, Ukrayna savaşının qeyri-müəyyən müddətə uzanması, qlobal bloklaşmanın güclənməsi qaçılmaz olacaq.

Göründüyü kimi, Kreml Rusiyani xilas etmək üçün ABŞ-a böyük güzəştlər paketi ilə minnətçi düşüb. Halbuki, son Ukrayna savaşına qədər Rusiya özünü çoxqütblü dünyanın əsas siyasi-ideoloji dayağı kimi təqdim edirdi. İndi isə Kreml ABŞ-Rusiya-Çin üçbucağında, postmüharibə dövrü üçün yeni dünya düzənini üzrə mövcudluq imkanları axtarır. Ancaq Rusiyanın gələcək taleyi böyük ehtimalla yalnız ABŞ-ın qərarından deyil, həm də Çinin reaksiyasından və Avropanın mövqeyindən asılı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

Loading

Visited 1 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Sevgililər günündə keçmiş arvadının yeni ərini bıçaqlayıb
Next: Kremlin uzun barmağı – 7\24 işləyən mərkəzlər dörd yana “hibrid savaş” açıblar

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.