Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 21
  • Ölkədə doğum sayı azalıb: SƏBƏB?

Ölkədə doğum sayı azalıb: SƏBƏB?

admin 21 Fevral 2026 4 minutes read
korpe_yataq
PAYLAŞIN:

2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95 875 doğulan körpə qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb.

Bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Doğulan körpələrin 53,1 faizi oğlan uşaqları, 46,9 faizi isə qız uşaqları olub. Körpələrdən 3 170-i əkiz, 117-si isə üçəm doğulub.

Qeyd edək ki, mövcud statistik rəqəmlərdən də göründüyü kimi ölkədə doğum sayı azalıb. Mütəxəssislər isə bu azalmanı müxtəlif amillərlə izah edirlər.

Doğum sayında azalma sosial problemlərdən irəli gəlir, yoxsa ailələr son illərin dəbi ilə ayaqlaşırlar?

Məsələ ilə bağlı “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyin sədri Fariz Əkbərov Paraqraf.com-a bildirib ki, müasir dövrün qlobal problemləri arasında demoqrafik problemlərin həllinin vacibliyi və mühümlüyü bütün dövlətlər tərəfindən qəbul edilib:

“Əhalinin qocalması prosesinin güclənməsi ictimaiyyətin qarşısında ciddi sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və etik problemlər qoyur. Ölkədə doğum sayının azalması həm ciddi sosial-iqtisadi amillərlə, həm də dünyəvi dəyərlərin dəyişməsi ilə bağlı kompleks bir məsələdir. 

Bunların arasında işçi qüvvəsi, ictimaiyyətin iqtisadi yükünün artması, istehlak səviyyəsinin xarakterinin dəyişməsi, ahılların sağlamlığı və tibbi-sosial kömək üçün vəsaitlərin artırılması və s. ilə bağlı problemləri göstərmək olar.

Əsas səbəblərə iqtisadi çətinliklər (yüksək yaşayış xərcləri), nikah yaşının gecikməsi, qadınların karyeraya üstünlük verməsi, sosial təminatın zəifliyi və fərdi həyata (karyera, səyahət) daha çox önəm verilməsi daxildir”.

Sosioloq deyir ki, bu gün ailələrdə uşaq sayı minimuma enib:

“Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki və daha çox uşaqlı ailələr getdikcə azalır. Bir millətin varlığını davam etdirməsi üçün orta hesabla hər ailədə ən azı 3 uşaq olmalıdır.

Lakin ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətinin bir və ya iki uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya – hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. 

İqtisadi, siyasi və bir çox digər amillərin nəticəsi olaraq, demoqrafik vəziyyətə böyük dərəcədə təsir göstərən doğuş nisbəti prosesləri, sadə əhalinin çoxalma normasından kənara çıxaraq iqtisadi cəhətdən aktiv əhali sayının azalmasına səbəb oldu.

Demoqrafik prosesin spesifikliyi ondan ibarətdir ki, ölkə əhalisinin yaş və cins quruluşu pisləşir, iqtisadi cəhətdən aktiv əhali sayı azalır, əməyin çoxalma prosesi pisləşir, az nüfuzlu və az maaşlı iş yerlərinin doldurulmasında çətinliklər yaranır və işçi qüvvəsinin idxalına ehtiyac yaranır”.

Nigar Abdullayeva

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Hövsanda bu evlər söküləcək – Video
Next: Peşə bayramı münasibətilə AAYDA-da tədbir təşkil olunub

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.