Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/Uncategorized/Məhkəməyə əsəbiləşib tarifləri qaldırdı
Uncategorized

Məhkəməyə əsəbiləşib tarifləri qaldırdı

21 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin onun tarif siyasətinə vurduğu ağır zərbədən cəmi bir gün sonra “qlobal tarifi” 15%-ə qədər yüksəltdiyini elan edib.

Paraqraf.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu qərarını “Truth Social” hesabında paylaşaraq Ali Məhkəmənin qərarını “Amerika əleyhinə” və “məntiqsiz” adlandırıb:

“Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, on illərdir ölkəmizi talayan dövlətlərə tətbiq edilən 10%-lik rüsumu dərhal qüvvəyə minmək şərtilə, qanunla icazə verilən maksimum həddə – 15%-ə qaldırıram”.

Xatırladaq ki, fevralın 20-də Ali Məhkəmə 6-3 səs çoxluğu ilə Trampın fövqəladə səlahiyyətlərə (IEEPA) əsaslanaraq tətbiq etdiyi əvvəlki tarifləri qanunsuz sayaraq ləğv etmişdi. Buna qəzəblənən Tramp hakimləri “xarici maraqlara xidmət etməkdə” ittiham edib və dərhal 1974-cü il Ticarət Aktının 122-ci maddəsini (balans ödənişləri problemi zamanı 150 günlük müvəqqəti tarif səlahiyyəti – red.) dövriyyəyə salıb.

Məlumat üçün bildirək ki, yeni 15%-lik tarifin fevralın 24-dən etibarən tətbiq ediləcəyi gözlənilir. İqtisadçılar bu addımın qlobal ticarətdə yeni xaos yaradacağını və ABŞ-nin indiyədək topladığı 287 milyard dollarlıq rüsumların geri qaytarılması məsələsinin daha da mürəkkəbləşəcəyini bildirirlər.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Macarıstan Slovakiyanın ardınca Ukraynaya elektrik enerjisi tədarükünü dayandıra bilər

Next

Azərbaycanlı müğənni ərə gedir: “Özüm təzə ağıllanmışam. Milyonçudur…”

Copyright 2026— Praqraf.com. All rights reserved