Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 21
  • Azərbaycanda ŞOK – 4 manatlıq ət satılır: “Həmin ətin keyfiyyəti…”

Azərbaycanda ŞOK – 4 manatlıq ət satılır: “Həmin ətin keyfiyyəti…”

admin 21 Fevral 2026 5 minutes read
4e89f363b65b2835d77d801597841ceb
PAYLAŞIN:

Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 2,46 dollar (təxminən 4 manat 18 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu göstərici 2,22 dollar (təxminən 3 manat 77 qəpik) idi. Beləliklə, illik müqayisədə 0,24 dollar (41 qəpik) və ya 10,8 faiz artım qeydə alınıb.

Eyni zamanda diqqətçəkən məqamlardan biri də budur ki, bu ilin yanvar ayında ümumi idxalın 0,63 faizi ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,44 faiz idi. Bu da o deməkdir ki, təkcə qiymət artımı deyil, idxalın strukturunda da ətin payı artıb.

Bəs 4 manatlıq ətin keyfiyyətinə inanmaq olarmı? 40 qəpik bahalaşmanın səbəbi nədir? Digər əsas sual – niyə idxalın payı artır?

Paraqraf.com xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:

1727078306_1720780333_na-1.jpg (119 KB)

“İdxal olunan ətin keyfiyyəti ilə bağlı dəqiq və qəti bir söz demək çətindir. Çünki şəxsən mənim əlimdə hər hansı laborator analizləri, rəsmi ekspertiza rəyləri yoxdur. Bu məsələ ilə birbaşa məşğul olan, nəzarət və yoxlama funksiyasını həyata keçirən müvafiq dövlət qurumları var və keyfiyyətə dair rəsmi söz demək də məhz onların səlahiyyətinə daxildir. Lakin müşahidə olunan reallıq ondan ibarətdir ki, ətin bahalaşmasının əsas səbəbi ilk növbədə logistika xərclərinin artması, eləcə də dünya bazarında ətin qiymətinin yüksəlməsidir. Son illərdə qlobal miqyasda daşınma xərclərinin artması, yanacaq qiymətlərinin bahalaşması və beynəlxalq ticarət zəncirində baş verən dəyişikliklər bu sahəyə də təsirsiz ötüşməyib. Əslində bu proses gözlənilən idi və dünya iqtisadiyyatındakı ümumi tendensiyaların bir hissəsidir. Digər tərəfdən görünən odur ki, Azərbaycanda insanların dad vərdişlərinə və seçimlərinə uyğun olaraq xarici ölkələrdən gətirilən ətə tam şəkildə alışmaq hələ də çətindir. Yerli istehlakçı uzun illər ərzində yerli məhsula üstünlük verib və bazarda idxal ətinin açıq satışda geniş şəkildə görünməməsi də bununla bağlıdır”.

Natiq Cəfərli xüsusilə vurğulayıb ki, xaricdən gətirilən ətin böyük bir hissəsi açıq bazar üçün deyil, dövlət sifarişləri üçün istifadə olunur:

“Məsələn, ordunun sifarişləri mövcuddur, müxtəlif qapalı və xüsusi rejimli müəssisələr var ki, orada ət məhsullarından istifadə edilir. Bunlara həbsxanalar, qocalar evləri, internat tipli müəssisələr və digər sosial obyektlər daxildir. Həmin müəssisələr üçün ət əsasən xaricdən alınır. Əlbəttə, əgər həmin ətin keyfiyyəti aşağı səviyyədə olsaydı, o məhsullar satın alınmazdı. Çünki dövlət sifarişləri çərçivəsində alınan məhsullar ciddi nəzarət prosedurlarından keçməlidir. Bu səbəbdən də həmin ətləri açıq bazarda və pərakəndə satışda görmək mümkün deyil.
Bu baxımdan hesab edirəm ki, idxal olunan ətin keyfiyyəti və ya qiymətinin hansı formada müəyyənləşməsi məsələsi ətrafında müzakirə aparmaq o qədər də əsas mövzu deyil. Əsas müzakirə predmeti başqa olmalıdır: niyə Azərbaycan maldarlıq sektorunu elə səviyyədə inkişaf etdirə bilmir ki, ölkə öz daxili resursları hesabına özünü tam təmin etsin?

Məncə, cəmiyyət və mütəxəssislər məhz bu sual ətrafında daha geniş və dərin müzakirə aparmalıdırlar. Yerli istehsalın artırılması, maldarlığın inkişafı, yem bazasının gücləndirilməsi, subsidiya və təşviq mexanizmlərinin təkmilləşdirilməsi kimi məsələlər gündəmdə olmalıdır. Əgər daxili istehsal gücləndirilərsə, həm idxaldan asılılıq azalacaq, həm də qiymət sabitliyi daha real şəkildə təmin oluna biləcək. Əsas diqqət məhz bu istiqamətə yönəldilməlidir”.

Xalidə Gəray

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Kremlin uzun barmağı – 7\24 işləyən mərkəzlər dörd yana “hibrid savaş” açıblar
Next: “Reytinq xatirinə zövqü korlayıb, səviyyəni aşağı salmısınız”

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.