Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Almaniyada qənaət üçün dövlət qulluğuna işçi qəbulunun dondurulması təklif edilib
DÜNYA

Almaniyada qənaət üçün dövlət qulluğuna işçi qəbulunun dondurulması təklif edilib

21 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Almaniyanın aparıcı iqtisadçılarından biri, Münhenin “Ifo” İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Füst büdcə vəsaitlərinə qənaət etmək üçün dövlət qulluğuna yeni işçilərin qəbulunu müvəqqəti dondurmağı təklif edib.

Paraqraf.com “Report”-a istinadən xəbər verir ki, o bunu “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

Füst daşınmaz əmlak sahəsində subsidiyaların azaldılmasını və federal büdcənin sağlamlaşdırılması üçün digər tədbirləri də dəstəkləyib.

“Fövqəladə tədbir olaraq, hələ hüquqi cəhətdən məcburi razılaşmalar olmayan bütün subsidiyaları üçdə bir azaltmaq və milli müdafiə sahəsi istisna olmaqla, dövlət sektorunda yeni işçilərin işə götürülməsinə moratorium tətbiq etmək olar”, – o qeyd edib.

Öz növbəsində Almaniya hökuməti yanında İqtisadi Şuranın üzvü Monika Şnitser islahatlar üçün ölkə hakimiyyətinin siyasi iradəsinin olmadığını bildirib.

“Almaniya hökuməti daim məqsəd və zəruri qərarlardan geri qalır”, – o nəşrə müsahibəsində deyib.

Şnitserin fikrincə, Xristian Demokrat İttifaqı, Xristian Sosial İttifaqı və Almaniya Sosial Demokrat partiyalarının səhvi konkret islahatçı təkliflər olmadan Bundestaq seçkilərinə qatılmaları və sonradan koalisiya danışıqlarından çıxmalarıdır. Bununla yanaşı, problemli məsələlər üzrə komissiyaların yaradılmasına üstünlük verilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həmin gün bütün dünya evə qapana bilər

Next

21 Fevral – Ana dilimiz milli kimliyimizdir

Copyright 2026— Praqraf.com. All rights reserved