Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Zahid Oruc: “Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz?”

Zahid Oruc: “Nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz?”

admin 20 Fevral 2026 4 minutes read
1771573794196052375169981222c4fcf
PAYLAŞIN:

“Münxen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi. Vətəndaşlığını və mənliyini itirən emin hüseynovların demokratiya sualı, əslində, Azərbaycanın Qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks-hücum  kampaniyası idi.

Ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır. Demokratiya sualını-torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər, lakin Suriyanın kürd hərəkatının lideri Məzlum Abdi ilə elə həmin Münxen salonunda görüşən onlarla dövlət rəhbərinə müraciət etmirlər”.

Paraqraf.com xəbər verir ki, bunu parlamentin bugünkü iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, Emin Hüseynov Azərbaycanın Birinci xanımından insan haqlarının vəziyyətini soruşur:

“Mehriban xanım Əliyeva isə sərt və güclü iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir.

Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır. Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil,  bütün  azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu.

Bəli, emin hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir – nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız?”. 

Komitə sədri əlavə edib ki, Emin və Mehman Hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır:

“Görün, indi hansı qüvvələrlə savaşırıq. Dünən qlobal “Sülh Şurası”nda tək qalib lider kimi iştirak edən İlham Əliyev tamamilə haqlıdır – beynəlxalq media, QHT şəbəkələri geopolitikanın silahlarıdır. Dünyada “tam müstəqil” mətbuat mifdir. “Azadlıq” va “Amerikanın səsi” radioları Konqres tərəfindən rasmi olaraq maliyyələşir. BBC Britaniya hökumətindən böyük yardımlar alır. “Röyters” agentliyi isə onu gizli edir. 

Ona görə də Azərbaycanın Qələbəsi onu Qlobal Sülh Şurasında söz sahibi etdiyi üçün Avropa və ABŞ-da Prezidentin qarşısına çıxanlar bilməlidir – Şuşaya yüksələn Ali Baş Komandan son 300 ilin suallarını cavablandıran tək liderdir!”

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qiymət artsa da: Qatar yenə tuneldə, sərnişinlər yolda qalır
Next: Yarıçılpaq videolarını paylaşan bloqerə CƏZA

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.