Sabiq deputat Tahir Kərimli elektrik enerjisi üzrə tətbiq edilən sabit tarif ödənişinə etiraz edib. O bildirib ki, Azərişıq ASC abonentlərindən hər ay sabit məbləğ tutulması düzgün deyil.
Onun sözlərinə görə, istifadə olunmayan işığa görə ödəniş tələb edilməsi konstitusion hüquqların pozulması kimi qiymətləndirilə bilər. “Dəxli yoxdur, 1 manatdır, ya 10 manat. Əsas məsələ prinsipdir. Heç olmasa abonentlərin 1 faizi razıdırmı?” – deyə o vurğulayıb.
Tahir Kərimli sabit tarifin əhali arasında narazılıq yaratdığını bildirib və hökuməti məsələyə yenidən baxmağa çağırıb. Onun fikrincə, belə qərarlar vətəndaşların dövlətə olan inamına mənfi təsir göstərə bilər.
![]()
Visited 5 times, 1 visit(s) today
