Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Rusiyanın Qafqazda SON çırpıntıları – “Иван, иди домой!” deməyin ZAMANI

Rusiyanın Qafqazda SON çırpıntıları – “Иван, иди домой!” deməyin ZAMANI

admin 20 Fevral 2026 5 minutes read
a950b9b4f132fe92185ed7126b7fea36
PAYLAŞIN:

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a budəfəki səfərindən də məmnun qayıtdığını bildirib. Sülh perspektivlərinə “indi daha böyük inamının olduğunu” söyləyib. Bu barədə o, Facebook səhifəsində yazıb.

ABŞ-nin, prezident Donald Trampın səyləri, zəmanəti öz yerində, belə bir inamın arxasında əlbəttə ki, hər şeydən öncə Azərbaycanla sülh prosesinin ikitərəfli formatda uğurla irəli aparılması gerçəyi dayanır. Və həm də Bakının müəyyən elədiyi sülh gündəliyi və “Yol xəritəsi” əsasında.

Bu “Yol xəritəsi”nin 2026-cı ildə, daha dəqiqi, birinci 6 ayda öz məntiqi sonluğa və hədəfə çatması gözlənilir. Çatmalıdır da…

eliyev-ve-pasinyan-yaxsi-liderlerdir

Əsas əngəl, ən böyük təhlükə çoxdan bəlli – Rusiya. On illərdir Qafqaz xalqları arasında sülh və əməkdaşlığın bərqərar olunmasından çox, öz imperialist maraqlarını güdən Moskva əfsus ki, aranı qarışdırmaq, ölkələri hədələmək, “bulanıq suda balıq tutmaq” vərdişlərindən hələ də əl çəkməyib. Əl çəkmək istəmir.

Və bütün bunların fonunda Kreml riyakarcasına özünə qarşı hörmət, ehtiram-etimad tələb edir. Necə? Səni vaxtaşırı şantaj edən, hədələyən, yuxarıdan aşağı baxıb səni ciddiyə almayan tərəfə rəğbət mümkünmü?..

“Vaxtilə SSRİ tərkibində olan, amma Qərblə ehtiyatsız yaxınlaşma yolunu seçən, suverenlik və müstəqilliyini ona təslim edən dövlətlər tərəfindən Rusiyanın maraqlarına ciddi təhlükələr var”.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bu absurdu İlham Əliyev, Nikol Paşinyan və Orta Asiyanın postsovet ölkələri rəhbərlərinin Vaşinqtonda Sülh Şurasının ilk iclasına qatıldıqları gün səsləndirib. Ondan bir gün qabaq isə Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistana xitabən “bir gecədə hər şey çökə bilər” xəbərdarlığını eləmişdi…

Yəni, yenə şər-böhtan, hədyan, təhdid. Moskvada heç cür anlaya bilmirlər ki, SSRİ artıq 35 ildir “gorbagor” olub və bu dövlətlərin liderləri xarici siyasət kurslarını seçərkən daha Moskvadan izn almalı deyillər. Almayacaqlar.

Axı nə demək “Qərblə ehtiyatsız yaxınlaşma yolunu seçənlər”, “suverenlik və müstəqilliyini Qərbə təslim edən dövlətlər”? Başqalarına nə qədər ağıl vermək olar, görəsən. Belə çıxır, xalqlar öz suverenlik və müstəqilliyini yalnız Rusiyaya “təslim edəndə” xoşbəxtliyə və rifaha qovuşa bilər, eləmi? Yaxın 100 ilin tarixi buna axı tam əks mənzərəni ortaya qoyur…

Odur ki, Putin Rusiyasının son çırpıntıları da əbəsdir. Hərgah, şəkk-şübhə yox ki, rəsmi Moskva axıradək öz pisliyindən qalmayacaq. Bu, onun tarixdən qaynaqlanan eybəcər xisləti.

Kreml xüsusən də məlum səbəblərdən regionun ən “zəif bəndi” sayılan, az sonra kritik parlament seçkiləri və konstitusiya referendumunun keçiriləcəyi Ermənistanda əvvəlki mövqeyini bərpa eləmək üçün bu il bütün hoqqalardan çıxacaq. Hamı hazırlaşsın…

“Rusiya ABŞ və Türkiyənin Xəzər bölgəsindəki təsirinə mane ola bilər”.

Sitat tanınmış amerikalı politoloq Brenda Şafferə məxsusdur.

“İyun ayında Ermənistanda seçkilər, həmçinin də Ermənistanın Qarabağdan imtina etməsini tanıyacaq konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. Bu məsələlər həllini tapanadək Moskva əhəmiyyətli təsir rıçaqlarına malik olacaq. Rusiyanın Ermənistanda iki hərbi bazası var. Moskva habelə ölkənin hava məkanına və nüvə elektrik stansiyası da daxil, bütün strateji infrastrukturuna nəzarət edir”, – Şaffer bildirib.

Onun qənaətincə, bunun qarşısını almaq üçün ABŞ Azərbaycandan Ermənistana elektrik enerjisi və neft məhsullarının tədarükünü stimullaşdırmaq niyyətindədir. “Söhbət həm də Ermənistanın Rusiyadan asılılığını və Kremlin internet üzərindən ona təsirini azaltmaq üçün yeni fiber-optik kabellərin çəkilməsindən gedir”, – politoloq vurğulayıb…

Diqqət edin, Amerika Azərbaycan və Türkiyə vasitəsilə Ermənistanın daha suveren, daha müstəqil olmasına çalışır, Rusiya isə əksinə, xəyal belə eləmək istəmir ki, Ermənistan nə vaxtsa vassal statusundan qurtular. Çünki o halda bölgədə legitim rus hərbi bazalarına, sərhədləri rusun qorumasına, süni şəkildə şişirdilən “Türk xofu” narrativinə lüzum qalmayacaq – Moskva üçün başqa siyasi nəticələrlə birgə. Qonşu ölkədə yalnız bir çağırış-tələb olacaq: “ИВАН, ИДИ ДОМОЙ!”

O GÜN uzaqda deyil…

Z.SƏFƏROĞLU

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Yarıçılpaq videolarını paylaşan bloqerə CƏZA
Next: Deputat: “Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz”

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.