Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Rusiya “dəmir kozırını” Ermənistana vermədi

Rusiya “dəmir kozırını” Ermənistana vermədi

admin 20 Fevral 2026 5 minutes read
e1f7e9b5db97600d25a424958b3913bd
PAYLAŞIN:

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq təklifi qəribə görünür. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva regionda nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır.

“Bilirsiniz, bunlar qəribə açıqlamalardır… Rusiya bütün regional nəqliyyat və iqtisadi əlaqələrin açılmasını ardıcıl olaraq müdafiə edib. Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində bu məqsədlə çox iş görülüb”, – Zaxarova brifinq zamanı bildirib.

Ötən həftənin sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandakı dəmir yolu güzəştini hər iki tərəf üçün dost olan bir ölkəyə-məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə satmağı təklif edib.

Picture background
Xüsusilə, Paşinyan əvvəllər beynəlxalq tərəfdaşların Moskvanın Ermənistan dəmir yollarına nəzarət etdiyi üçün Naxçıvandan sonra alternativ yollar axtarmağa can atdıqlarını bildirmişdi. Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiyaya qarşı heç bir iddiası yoxdur, lakin Rusiya güzəşti ölkə üçün “müəyyən rəqabət itkiləri” yaradır.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistan dəmir yolu infrastrukturunu Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları QSC-nin konsessiya idarəçiliyinə təhvil verib. Müddət 30 ildir və daha 10 il uzadılma hüququ var.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a dedi ki, torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistanın marionet dövlət, Rusiyanın forpostu olduğunu açıq Azər Badamov: Azərbaycan-Özbəkistan dostluğunun genişlənməsi bütün Türk  dünyasında birliyin möhkəmlənməsinə böyük töhfə verəcək - AZƏRTACşəkildə bildirirdik: “Təbii ki, Ermənistanı bu günə salan Köçəryan və Sərkisyan olub. Belə ki, onlar ölkənin enerji sektorunu və dəmir yollarını Rusiyanın nəzarəti altına veriblər. Təbii ki, bu da Ermənistanı daima təzyiq altında saxlamağına imkan yaradıb və müstəqil olmağına imkan verməyib. 8 avqust Vaşinqton razılşamalarından sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Demək olar ki, Azərbaycanla Ermənistan arasında de-fakto sülh bərqərar olunub. Azərbaycan öz ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına qoyulmuş məhdudiyyətləri aradan qaldırıb. O cümlədən neft məhsullarımızı satmağa başlamışıq. Həm də Vaşinqtonda Zəngəzur dəhlizinin tərkib hissəsi olan TRIPP layihəsinin açılması məsələsi də reallığa çevrilib. Bu gün Ermənistana neft məhsullarımız, həm də tranzit yüklər Gürcüstan üzərindən daşınır”.  Ekspert deyib ki, İrəvanın öz kommunikasiyaları üzərində qərar vermək imkanına malik olmaması bu məsələləri çətinləşdirir: “Nə baş verir? Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etmək üçün Rusiyadan xahiş edir. Çünki, 2008-ci ildə Köçəryanın hazırladığı müqaviləni Sərkisyan imzalayaraq dəmir yollarını 2038-cu ilə qədər Rusiyanın nəzarətinə verib. İndi də baş nazir Nikol Paşinyan məcbur qalaraq Rusiyanın Ermənistandakı dəmir yolu güzəştini hər iki tərəf üçün dost olan bir ölkəyə – məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə satmağı təklif edib. Rusiya hətta TRİPP layihəsinin keçdiyi ərazidə bərpa ediləcək dəmir yolunu da Ermənistanın dəmir yolları ilə əlaqələndirməyə çalışır. Halbuki, Zəngəzur dəhlizinin keçdiyi ərazidə əvvəllər fəaliyyət göstərmiş dəmir yolu heç vaxt Ermənistan dəmir yolları tərəfindən idarə olunmayıb. Rusiyanın, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində bu məqsədlə çox iş gördüyünü deməsi də ağ məntiqsizdir. Əgər Rusiya çox iş görsəydi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması prosesi Vaşinqtona qədər gedib çatmazdı. O cümlədən münaqişə də çoxdan öz həllini tapardı və ikinci Qarabağ müharibəsinin baş verməsinə və lokal xarakterli antiterror tədbirlərin həyata keçməyimizə ehtiyac qalmazdı.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını və kommunikasiyaların açılması ilə bağlı reallıqları yaradan Azərbaycandır və bu prosesə şahidlik edən ABŞ-ın olduğunu hamı bilir. Cənubi Qafqaz sülh və əməkdaşlıq regionu olmalıdır. Bu baxımdan həm Cənubi Qafqaz ölkələri, həm də region ölkələri yaranmış sülh mühitini qorumalı və əməkdaşlığın dərinləşməsinə töhfə verməlidir”.

Cavanşir ABBASLI

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Qızılı olanlara ŞAD XƏBƏR: Qiyməti rekord BAHALAŞDI
Next: ABŞ bunu son dəfə 2003-cü ildə İraqa hücum zamanı etmişdi – Tarix təkrarlanır?

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.