Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Qorxulu yuxu görməyin səbəbləri nələrdir? – Mütəxəssis açıqlayır
CƏMİYYƏTMANŞET

Qorxulu yuxu görməyin səbəbləri nələrdir? – Mütəxəssis açıqlayır

20 Fevral 2026 1 Min Read
PAYLAŞIN:

Bəzən insanlar qorxulu yuxular görür və bunun nəticəsində narahatlıq keçirirlər. Gün ərzində həmin yuxunun təsiri altında qalır, səhəri isə yorğun və gərgin şəkildə oyanırlar.

Nevroloq Sevinc Məmmədova “Paraqraf.com”a açıqlamasında bildirib ki, insanlar zaman-zaman qorxulu yuxular görə bilərlər. Onun sözlərinə görə, qorxulu yuxuların yaranma səbəbləri əsasən psixoloji və nevroloji amillərlə bağlıdır:

“Stress və psixoloji gərginlik ən çox rast gəlinən səbəblər sırasındadır. Gün ərzində yaşanan narahatlıq, iş yükü, ailə problemləri, qorxu, itki və travmatik hadisələr buna təsir göstərə bilər. Eyni zamanda gec yatan, tez-tez oyanan və ya kofein tərkibli içkilər səbəbindən yuxu rejimi pozulan şəxslərdə REM mərhələsinin pozulması kabus ehtimalını artırır. Qızdırma ilə müşahidə olunan hallarda da kabuslar yarana bilər”.

Mütəxəssis qeyd edib ki, axşam saatlarında ağır yemək qəbulu və spirtli içki istifadəsi də qorxulu yuxulara səbəb ola bilər:

“Uşaqlarda kabus halları daha çox müşahidə olunur. Bu isə sinir sisteminin inkişaf mərhələsi ilə əlaqədardır. Əgər kabuslar tez-tez təkrarlanırsa və ya insan yuxudan qışqıraraq oyanırsa, mütləq nevroloqa müraciət etmək tövsiyə olunur”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda restoranda “power bank” ödənişi – İstehlakçı hüquqları pozulub, restoran cərimələnə bilər

Next

Bazarda GƏRGİNLİK: Gümüşün qiyməti niyə aşağı düşür?

Copyright 2026— Praqraf.com. All rights reserved